“Müharibə olsa, Ermənistana heç kəs kömək etməyəcək” - Erməni siyasətçiləri həyəcan təbili çaldı

18-09-2018, 10:41 502 dəfə baxılıb

“Müharibə olsa, Ermənistana heç kəs kömək etməyəcək” - Erməni siyasətçiləri həyəcan təbili çaldı


15 sentyabr tarixində Bakının erməni işğalından azad edilməsinin 100 illiyi münasibətilə təntənəli hərbi parad keçirildi.
“Ölkə.Az” xəbər verir ki, hərbi parad Ermənistanda ciddi narahatçılığa və təşvişə səbəb olub.

Erməni siyasi analitikləri artıq həyəcan təbili çalmağa başlayıblar:

“Ətrafımızda elə geo siyasi vəziyyət yaranıb ki, Ermənistan müttəfiqsiz qalıb”.
Erməni politoloqları etiraf edirlər ki, son illər Ermənistan daxili siyasi böhran bataqlığına batır. Bunu isə inkar etmək artıq mümkün deyil. Ermənistan real müharibə təhlükəsi ilə üzləşib. Erməni cəmiyyəti üçün isə bu müharibədə heç bir müttəfiq yoxdur. Bu isə Ermənistan üçün çox böyük təhlükədir.
Razmik Akopcanyan yazır:

“Siyasi təhlil edək. İran Suriya məsələsi ilə maraqlanır və daxili problemləri də az deyil. Bundan başqa Bakı və Tehran arasında münasibətlər ən yüksək səviyyədədir. Deməli, müharibə olsa, İran bizim tərəfdaş olmayacaq, müttəfiq olmayacaq.

Gürcüstan. Burada hər şey daha aydındır. Paşinyan yalandan bu ölkə ilə əla münasibətlərdən danışsa da, Gürcüstan demək olar ki, əbədi olaraq Azərbaycandan asılı vəziyyətdədir. Gürcüstan Bakıdan neft və qaz alır, nəqliyyat dəhlizlərində iştirak edir.
Türkiyə. Burada nəydənsə danışmaq əbəsdir. Türkiyə prezidenti Ərdoğan Bakıda özünü öz evindəki kimi hiss edir. Siyasi və iqtisadi münasibətlər bu iki qardaş ölkə arasında hər gün daha da möhkəmlənir. Ankara Bakı ilə birgə hərbi təlimlər keçirir, hərbi dəstək göstərmək barədə bəyanatlar səsləndirir.
Rusiya. Təəssüf ki, bizim üçün təhlükəli məcrada faciəvi dəyişiklikləri görürür. Bakı və Moskva arasında əməkdaşlıq çox aktivləşib. Hərbi sahədə də Rusiya və Azərbaycan arasında güclü əməkdaşlıq var. Rusiya Azərbaycana silah satır, separatçıları Bakıya təhvil verir. Putin isə 25 sentyabrda Bakıya səfər edəcək.

ABŞ və Avropa. Qərb ölkələrinin də Azərbaycanla münasibətləri normaldır. Qərb Azərbaycanı dəstəkləyir və iri layihələrə qoşur. Bundan başqa Trampla Paşinyanın görüşü ləğv edilib. Bu da bizim üçün pis işarədir.

Bu siyahıda əsas yeri İsrailə ayırmaq lazımdır. İsrail Azərbaycana ən müasir silahları satır və satmaqda davam edəcək. İsrailin baş naziri Aviqdor Liberman Bakıya səfər edir. O, Azərbaycan prezidenti ilə görüşür, müdafiə naziri ilə görüşür, fövqəladə hallar naziri ilə görüşür, hərbçilərlə görüşür.
Liberman Bakıda Şəhidlər Xiyabanını ziyarət edir, İsrailin müdafiə nazirliyi adından şəhid qəbirlərinə çələng qoyur. O, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qəbrini ziyarət edir.

Bu, İsrail tərəfindən açıq-aşkar Azərbaycanı siyasi cəhətdən dəstəkləməkdir. 17-22 sentyabr tarixlərində isə Azərbaycanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Bu təlimlər müharibənin ilk notlarıdır. Biz ermənilər bu müharibəyə hazır deyilik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR