Erməni ekspert: Ermənistan Azərbaycana uduzur

21-09-2018, 11:12 663 dəfə baxılıb

Erməni ekspert: Ermənistan Azərbaycana uduzur


Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.

Unikal.org-un məlumatına görə, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini "dondurulmuş” hesab etmək olar:

"Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR