Sarkisyan Putinə şikayət etdi: Azərbaycan artilleriyadan istifadə edir

8-09-2015, 12:16 801 dəfə baxılıb

Sarkisyan Putinə şikayət etdi: Azərbaycan artilleriyadan istifadə edir

















“Son iki həftədə sərhəddə vəziyyət çox gərginləşib”

Ermənistan prezidenti Serj Sarkisyan Düşənbədə KTMT sammitində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi barədə danışacaq.

azinfo.tv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Sarkisyan Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.

“Rusiyaya Qarabağ münaqişəsinin həllində verdiyi töhfəyə görə minnatdarlığımı bildirirəm. Son iki həftə ərzində sərhəddə vəziyyət çox gərginləşib. Azərbaycan tərəfi iriçaplı silahlarla yanaşı, artilleriyadan da istifadə edir. Əlbəttə, biz cavab vermək məcburiyyətindəyik. Mən bu barədə Düşənbədə KTMT sammitində ətraflı danışacağam”,- Ermənistan prezidenti bildirib.

Sarkisyan həmçinin Rusiyaya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırdığına görə təşəkkür edib.

“Ermənistana 200 milyon dollar məbləğində güzəştli kreditin ayrılması barədə müqavilə imzalanıb. Bu vəsait erməni silahlı qüvvələrinin arsenalını yeniləməyə imkanı verəcək”,- o əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR