Pul yığan müəllimlə direktor işdən qovulacaq – Nazirlikdən xəbərdarlıq

2-10-2015, 15:44 912 dəfə baxılıb

Pul yığan müəllimlə direktor işdən qovulacaq – Nazirlikdən xəbərdarlıq

















Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Təhsil Nazirliyi İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, “Müəllimlər günü”nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.
C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-in “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: “Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.
C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR