Dindarlar «Müqavimət Həftəsi»nə start verdilər

9-11-2015, 13:43 719 dəfə baxılıb

Dindarlar «Müqavimət Həftəsi»nə start verdilər











Noyabrın 11-nə qədər həbs olunanların azadlığı buraxılması tələb olunur, əks təqdirdə etirazlar başlayacaq

Artıq bir neçə gündər dindarlarla yerli hakimiyyət orqanı arasında ciddi narazılıq yaranıb. Xüsusən də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlının saxlanılmasından sonra islamçılarla polis arasında ciddi qarşıdurma yaranmışdı.

Həmin qarşıdurma zamanı 20-dən artıq dindar saxlanılıb. Və bu olay Müsəlman Birliyi Hərəkatı, habelə onun sədri Taleh Bağırovun tərəfdarlarının qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə yayılmış məlumata görə, etirazçılar noyabrın 11-nə qədər «Müqavimət Həftəsi» elan ediblər. Belə ki, həmin günə qədər həbs olunanların azadlığa buraxılmasını tələb edəcəklər. Tələbləri yerinə gətirilmədiyi təqdirdə isə yeni etirazlara start verəcəklər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR