Sərt karantin rejimi nə vaxta kimi davam edə bilər? - İnfeksionist AÇIQLADI

12-03-2021, 20:26 189 dəfə baxılıb

Sərt karantin rejimi nə vaxta kimi davam edə bilər? - İnfeksionist AÇIQLADI"Azərbaycanda COVİD-19-a yoluxma sayında artım var. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Bu templərlə davam etsə, başqa çıxış yolu olmadığı üçün yenidən məhdudlaşmaya gedilə bilər. Əks halda dekabrın rəqəmlərinə dönə bilərik. Nəzərə alsaq ki qarşıdan Novruz gəlir (qonaq getmək ənənəsi),  təhlükə yenidən qapıdadır deyə bilərik".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, əhalinin əksər hissəsi vaksinasiya olunduqdan sonra sərt karantin rejiminə ehtiyac olmayacaq:

"Azərbaycan mərhələli karantin rejimindədir. Mütəmadi olaraq mərhələli şəkildə sərt karantin rejiminin tətbiq olunması normal haldır. Tam qapanmalar və yenidən hissə-hissə yumşalmalar müşahidə olunacaq. Yoluxanların sayının 3 min, 4 minə çatmasını gözləmirik. Çünki əhalinin müəyyən qismində artıq xəstəliyə qarşı immunitet yaranıb, bir qismi bu xəstəliyi keçirib sağalıb, bir qismi vaksinasiya olunub, xüsusən də risk qrupuna aid olan şəxslər. Ona görə də, rəqəmlər hətta yüksəlsə belə, o şəxslərdə ki ağırlaşma müşahidə olunur, onlarda vaksinasiya prosesləri davam etdiyindən və xəstəliyin daha yüngül formaları görüləcəyi üçün bir o qədər də stansionara yatış ehtiyacı olmayacaq və ölüm faizində də yüksəlmələrin müşahidə olunması gözlənilmir. 

Təbii ki, əhalinin əksər kütləsi vaksinasiya olunduqdan sonra bunu daha əminliklə demək mümkündür ki, tam qapanmalara ehtiyac olmasın. Amma əhalinin əksər kütləsi vaksinasiya olunmadığı üçün rəqəmlərdə artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, həm yoluxma sayının daha da artmasının, həmçinin də ölüm sayının qarşısını almaq məqsədilə icra olunacaq. Ancaq ümumi olaraq düşünsək, vaksinasiya prosesi risk qrupu arasında başlanıldığı, əhalinin müəyyən kütləsi vaksinasiya olunduğu, müəyyən qrup əhali də xəstəliyi keçirib sağaldığı üçün ölüm göstəricisində qarşıdakı aylarda artım müşahidə ediləcəyi gözlənilmir".

Təhməz Əsədov


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR