Nizami rayon 328 saylı məktəbdə rüşvət tüğyan edir

4-02-2016, 15:28 978 dəfə baxılıb

 Nizami rayon 328 saylı məktəbdə rüşvət tüğyan edir













Nizami rayonunda fəaliyyət göstərən 328 saylı orta məktəbin direktoru Baxşəliyeva Leyladan şikayət var. Xeberman.com-a müraciət edən həmin məktəbin müəlliməsi və bir qrup valideyni iddia edir ki, direktor özbaşınalıqla məşğuldur

Onun sözlərinə görə, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmamaqla yanaşı, onlara qarşı kobud davranışları ilə seçilir. Hələ də vəzifə başında qalan Baxşəliyeva Leyla etika davranış qaydalarına zidd rəftarı müəllimlərdə təəcüb doğurur.

Xeberman.coma-a müraciət göndərən bir qrup valideyn və müəllimə (adının çəkilməsini istəməyən) daha sonra iddia edir ki, Baxşəliyeva Leyla məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. «Məktəbdə dərs saatlarından tutmuş, siniflərin paylanmasına qədər hər şey rüşvətlə həll edilir. Təsəvvür edin, birinci sinfə qəbul üçün Baxşəliyeva Leyla valideynlərdən pul alır.

328 saylı məktəbin direktoru haqqında yazan şikayətçi müəllimə vurğulayır ki, bütün bayramlar öz yerində olmaqla, Baxşəliyeva Leyla qarşıdan gələn bütün bayramlarda pul yığdırır. Məktəbdə fond pulu yığılır.
Oktyabrda pul yığılıb bütün şagirdlərdən 30 manatdan ki meəktəbə axrana gələcək məktəbi qoruyacaq əksinə bu pula həmin ay fransaya istirahətə gedib.
Şikayətçilər Baxşəliyeva Leyla ilə bağlı tədbir görülməsi üçün müvafiq dövlət qurumlarından yardım istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR