Mərc oyunları Azərbaycana milyonlar qazandıracaq

11-02-2016, 14:19 709 dəfə baxılıb

Mərc oyunları Azərbaycana milyonlar qazandıracaq












Azərbaycanda mərc oyunlarında əldə olunan uduşların vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə olaraq ildə 20-25 mln. manat gəlir gətirəcək.

Bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov deyib.

F.Şirinovun sözlərinə görə, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına şərait yaradacaq:

“Fiziki şəxslərin gəlirlərinin vergidən azad olan hissəsi 10 dəfə artırılaraq 250 manatdan 2 500 manata çatdırılıb. Bu isə onların gəlirlərinin 4-9%-ə qədər artması deməkdir”.

Şöbə müdiri əlavə edib ki, bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq. report


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR