“SAZ - MİLLİ SƏRVƏTİMİZDİR”

20-03-2016, 13:37 874 dəfə baxılıb

“SAZ - MİLLİ SƏRVƏTİMİZDİR”













Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi gənc Sevinc Nəcəfovanın həyata keçirdiyi “SAZ - MİLLİ SƏRVƏTİMİZDİR” adlı layihəsi çərçivəsində Bakı şəhəri, Nizami rayonunda yeniyetmə və gənc aşıqlar arasında üç gün ərzində keçirilən Ədalət Nəsibov adına 1-ci “Ozan - Saz” müsabiqəsinə 19 mart 2016-cı il tarxində yekun vurulmuşdur. Müsabiqənin münsiflər heyətində Azərbaycanın saz-söz sənətində xüsusi yeri olan və bu sənəti yaşatmaq üçün əllərindən gələni əsirgəməyən insanlar təmsil olunurdu. Aşıq Qələndar (Zeynalov), aşıq Xəlil Göyçəli, əməkdar mədəniyyət işçisi, peşəkar balaban ustası Sərdar Məmmədov, “Dədə Ələsgər” filmində aşıq Ələsgər rolunun ifaçısı, aşıq Təbriz Vəliyev, AYB-nin və Mətbuat Şurasının üzvü, “Şəfəq” jurnalının baş redaktoru, şair Qardaş Əlişoğlu və beş kitab müəllifi, şair Fərzalı Abbasəlioğlunun münsif olduqları müsabiqə çoxsaylı tamaşaçıların müşayəti ilə üç gün ərzində davam etdi. Müsabiqənin sonuncu günü, qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova çıxış edərək qalib olan və olmayan iştirakçıları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Gərgin şəraitdə keçirilən bu müsabiqədə 50-yə yaxın yeniyetmə və gənc aşıqlar iştirak etdi. Müsabiqə iştirakçılarının saz musiqisi sahəsindəki istedadları və bilikləri 10 ballıq sistemlə dəyərləndirildi. Hər bir iştirakçı öz bacarığını göstərməkdə israrlıydı. Təbii ki, müsabiqənin öz şərtləri vardı. Qəbul olunmuş şərtlərə əsasən müsabiqənin nəticələri şəffaf və ədalətli şəkildə münsiflər tərəfindən qiymətləndirildi. 1-ci, 2-ci, 3-cü və 4-cü yerlər olmaqla, eyni zamanda müsabiqədə iştirak edən hər bir iştirakçı hədiyyə və diplomlarla mükafatlandırıldı. Təbii ki, layihənin icrası boyunca müsabiqənin təşkil olunmasında öz dəstəyini əsirgəməyən münsiflər heyətinə və Aşıq Sevilə (Xıdırova) layihə rəhbəri tərəfindən xüsusi təşəkkürnamələr təqdim olundu. Sonda layihənin ekspertlərindən Nailə İsmayılova yekun sözü ilə çıxış edərək, müsabiqənin yüksək səviyyədə keçirildiyini tamaşaçıların və valdeynlərin diqqətinə çatdırdı. Müsabiqənin keçirilməsi Novruz bayramına təsadüf etdiyini nəzərə alaraq, təşkilatçılar bayram konserti ilə tədbiri yekunlaşdırdılar.

Bir şeyi xüsusilə qeyd etmək lazımdır ki, valdeynlərin öz övladlarını məhz milli-mənəvi dəyərimiz olan saza hörmətlə yanaşaraq bu sənətə ruhlandırmaları bizi qürurlandırdı. Digər el sənətçilərimiz Aşıq Rza və Aşıq Zirəddin qonaqlarımız arasında idilər.


“SAZ - MİLLİ SƏRVƏTİMİZDİR”
“SAZ - MİLLİ SƏRVƏTİMİZDİR”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR