Qubada 50 illik ağaclar velə doğranır-VİDEO

18-07-2018, 16:34 1005 dəfə baxılıb

Qubada 50 illik ağaclar velə doğranır-VİDEO












Xaçmaz, Xudat, Şabran, Siyəzən ərazilərindəki ağac kəsimləri şimal zonasında adi hala çevrilib. Ən dəhşətli vəziyyət Xaçmaz-Quba zonalarındadır.
Burada meşələr vəhşicəsinə qırılır. Rayon ərazilərindəki yeşik və mebel sexlərinə daşınır.
5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafiq Ədilov mətbuata daim belə şeylərin olmadığını deyir.

Azerinfo.tv əməkdaşları Qubanın Vladimirovka kəndində Tərlan Yaqubova məxsus dülgər sexindən çəkiliş edib. Gördüyünüz kimi iri gövdəli, 50 illik ağaclar kəsilərək istehsal edilir. Sexdəki işçilərdən biri dedi ki, bura Şəfiyev adlı ekologiya işçisi 2 gündən bir gəlib dəyir. Onun da xəbəri var, rəisi Rafiq Ədilovun da.
Sonra əlavə etdi ki, elə hamı Tərlanın üstünə düşür. Halbuki kənddə Şahvələd, Mansur, Paşa adlı adamların şəxsi həyətlərində sexlər var. Hər gecə maşın-maşın meşə odunu daşınır. Yeşik istehsalı üçün.
Qeyd edək ki,Quba, Qusar, Xaçmazdakı parnikləri taxta yeşiklə təmin etməkdən ötrü yüz minlərlə yeşik lazımdır. Bütün mür-meyvə, tərəvəz bu yeşiklikdə satılır. İndi hesablayın bunları istehsal etmək üçün neçə min kub ağac lazımdır. Sexlərin həyəti meşə materialları ilə doludur.
Bu faktı yoxlamaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün çox da çətin deyil. Amma nazirlik maraqlıdırmı?
Mövzuya qayıdacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR