Yardımlıda icra başçısı ilə müavinin topdağıtmaz sərvəti-SİYAHI

14-10-2015, 13:09 953 dəfə baxılıb

Yardımlıda icra başçısı ilə müavinin topdağıtmaz sərvəti-SİYAHI

















Sevindik Hətəmovla Mahir Mirzəyevin tenderləri “udmaq” üçün 42 şirkəti, onlarla binası, yüzlərlə hektar torpaq sahələri, fermaları, texnikaları və Bakıda xeyli sayda mülkləri varmış

Ötən gün dövlət başçısı Nazirlər Kabinetinin çıxışında bir çox məmurları tənqid edərək, onları iqtisadiyyatın inkişafına maneçilik törətməkdə günahkar bildi. Bu çıxışından sonra həmin məmurların özlərini yığışdıracağını və geriyə addım atacaqları gözlənilsə də, Yardımlıda bunun baş verməyəcəyi çoxdan dəqiqləşib. Çünki istər icra başçısı Sevindik Hətəmov, istərsə də onun müavini Mahir Mirzəyev heç bir şəkildə faktiki imkanlarından imtina etməz və maddi imkanlarını artırmaq üçün bir addım geri atmazlar.

Yardımlıda icra başçısı ilə müavini sözün həqiqi mənasında “imperiya” qurub. Bu qurulmuş “piramida”nın illərdir Yardımlını məhv etdiyini, onu geri saldığını, rüşvətin və korrupsiyanın tüğyan etməsinə rəvac verdiyini bilməyən yoxdur.

Apardığımız araşdırma zamanı rayonda həyata keçirilən və keçirilmiş tenderlərin hamısı bəlli şirkətlər tərəfindən reallaşdırlıb. Ki, onların da hamısı iki nəfərə bağlıdır. Redaksiyamızın dəqiqləşdirmələrinə görə, Sevindik Hətəmovla müavini Mahir Mirzəyevin bəlli olan 42 şirkəti var. Onların hamısı tenderlərdə iştirak üçün nəzərdə tutulublar. Həmin siyahını sizlərə təqdim edirik:

1. Bəhruz MMC
2. Deman MMC
3. Savalan 2008 MMC
4. Səbuhi MMC
5. Göy göl MMC
6. Naxis MMC
7. Veteran MMC
8. Caspian Fruit Co MMC
9. Amid MMC 10. Habil MMC
11. Rəşad MMC
12. Qadir 1960 MMC
13. Reyhan MMC və s.
14.Kainat 79 MMC
15. Qafqaztikintiquraşdırma MMC
16. Sanofen MMC
17. Trendservis MMC
18. RMT inşaat MMC
19. Terminal -A MMC
20. Azadlıq LTD
21. Constella MMC
22. Sistem X MMC
23.Retro inşaat MMC
24.Aktiv 2019 MMC
25.Ag Asto MMC
26.Papyalak MMC
27.Kaştasfiyer MMC
28.Ceburacka MMC
29.Lavars X4 MMC
30.Kayseri MMC
31.Uruqvay MMC
32.Nemansot 42 MMC


Amma imkanlar bununla da bitmir. Redaksiyamızın araşdırmalarına görə, Sevindik Hətəmovla Mahir Mirzəyevin Bakıda da geniş imkanları var. Məsələn, Qaradağ rayonunda bir neçə daş karxanasının varlığı kimsəyə sirr deyil. Bakıda 28 May metrosunun yaxınlığında mənzillər isə ilkin kapital qoyulmuş sahələrdir. Çünki Patamdarda böyük həyət evi, Mərdəkanda həddindən artıq bahalı olan bağ evi sonradan yığılan pulların hesabına ərsəyə gəlib. Hələ adamın oğluna yeni model “Range Rover” alması bir başqa məsələdir.

Diqqətinizə çatdıraq ki, bundan əlavə bu “cütlük”ün Yardımlıda da böyük imkanları var. Hərçənd Sevindik Hətəmov deyir ki, rəhbəri olduğu rayon kasıbdır. İndi düşünürük ki, əgər adam varlı rayonun rəhbəri olsaydı, o zaman nələr baş verərədi? Keçək mətləbə və Yardımlıdakı obyektləri oxucularımıza sıralayaq.

Yardımlı rayonunun mərkəzindəki Universamın binası bu cütlükdədir. Rayonun çıxışındakı Yanacaq Doldurma Məntəqəsi də onlara məxsusdur. Köhnə Maliyyə İdarəsinin binasını söküb, yerini isə ələ keçiriblər. Və ya Yardımlı Musiqi Məktəbinin binası da çoxdan sökülüb, yeri isə boş saxlanılıb. Yəqin ki, əlverişli imkan gözləyirlər.

Bu cütlük o qədər uzaqgörəndir ki, bəzi dövlət binalarını özəlləşdirərək, onları dövlət qurumlarına icarəyə veriblər. Məsələn, Meşə Təsrrüfatı İdarəsinin binasını. Hazırda dövlətb qurumu o binada icarəyə oturur.

Avaş kəndindəki iri qoyunçuluq və maldarlıq fermasının salınması isə “növbətçi” işlərdən sayılır. Buradakı qoyun-quzu gəlir yeri olmaqla yanaşı, həm də gələn qonaqlar üçün nəzərdə tutulub. Deman kəndindəki 100 hektardan artıq sahədə apra və buğda əkilir ki, bu sahələr də icra başçısı ilə müavininə məxsusdur.

Bu “vunderkind”lər hətta ən minimal gəlirləri belə insanlara çox qıya biləcək qədər özlərini azıblar. Məsələn, rayonda görülən bütün işlər mütləq bu cütlüyün “Şaxman”, KamAZ, KON tipli texnikalarından və traktorlarından istifadə etməlidir. Və icra başçısı ilə müavini də əllərindəki pullarla həmin texnikanı alıb, onu görülən işlər zaman icarəyə verərək, daha artıq qazanırlar.

Yardımlıda özün villa tikdirənin Sevindik Hətəmov və ya Mahir Mirzəyevin olduğu hələ dəqiqləşməyib. Lakin bilinən odur ki, hazırda rayonda böyük bir villa inşa edilir. Təkcə çardağına bir neçə on min manat pul xərcləndiyi deyilir.

Mindikləri maşınlara gəldikdə isə onların ən minmumu “Land Cruser” markalı maşınlardır ki, onların da dəyəri 50-100 min manat arasında dəyişir.

Qeyd edək ki, bu hələ üzdə olanlardır. Üzdə olmayan isə nə qədər belə imkanların olduğunu Hətəmovla Mirzəyev bilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR