Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb

18-07-2015, 13:04 1177 dəfə baxılıb

Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb
























Faktla bağlı araşdırma aparılır

Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.

Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.

M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR