Bakıda polislərin növbəti tələsi – VİDEO

31-07-2015, 13:55 1062 dəfə baxılıb

Bakıda polislərin növbəti tələsi – VİDEO























Polis sürücünün haqlı olduğunu bildirir

Bakıda sürücü yol polisinin qanunsuz hərəkətlərini lentə alıb.

azinfo.tv xəbər verir ki, lentə alınan görüntülərdə, Biləcəri enişi ilə Natavan küçəsinin kəsişməsində, 10 YP 684 dövlət nömrə nişanlı BMW markalı avtomobildə xidmət aparan polis əməkdaşları xanımın idarə etdiyi 90 CS 639 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobili solda gələn nəqliyyat vasitələrinə yol vermədiyi üçün saxlayıb cərimələyiblər.

Bunu görən sürücülərdən biri, DYP əməkdaşını öz avtomobilinə dəvət edib, onların bu hərəkətinin qeyri-qanuni olduğunu bildirib.

Sürücü qeyd edib ki, ərazidə bununla bağlı heç bir nişan yoxdur. Polis əməkdaşı sürücünün haqlı olduğunu bildirir və qeyd edir ki, ərazidə müvafiq nişan qurulub, lakin vətəndaşlardan biri həmin nişanı oğurlayıb.

Maraqlısı odur ki, polis sürücünün haqlı olduğunu bildirsə də, digər yol hərəkət iştirakçısına – “Hyundai Tucson” markalı avtomobilin sürücüsünə cərimə yazıb.

Oxu.Az maraqlı görüntüləri sizə təqdim edir:


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR