Bəzi saytlar Yusif Yusibov haqqında Böhtan xarakterli yazı yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq

16-11-2023, 10:54 139 dəfə baxılıb

Bəzi saytlar Yusif Yusibov haqqında Böhtan xarakterli yazı yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bütün gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. “Gəncəbazar Universiteti”nin tələbəsi rektor Yusif Yusibovdan nə istəyir? -İLGİNC" başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən redaksiya olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR