Günü-gündən gözəlləşən Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Niyazi Bayramovdan nə istəyirlər
28-03-2024, 11:14
135 dəfə baxılıb

Bəri başdan qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər çıxıb. Bəli, o, əsl Vətən daşıdır. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bütün qəlbiylə insanlığı, xeyrxahlığı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə ALLAHın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bəli, bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.
Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki.....başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də Niyazi Bayramovun fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşdü
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.
Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov görüş iştirakçılarını ilaxır çərşənbə və Novruz Bayramı münasibətilə təbrik edərək, hər birinə cansağlığı arzulayıb.
Daha sonra şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
loading...
OXŞAR XƏBƏRLƏR