İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur

Bu gün, 07:57 9 dəfə baxılıb

İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur


Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətin əlaqələndirilməsini labüd edir:

"İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR