“Çayın vətəni”ni qana bulayan kimdir? - İŞİD yenidən qayıtdı?

26-04-2019, 10:44 256 dəfə baxılıb

“Çayın vətəni”ni qana bulayan kimdir? - İŞİD yenidən qayıtdı?

İŞİD-in üzərinə götürdüyü terror aktının doğurduğu cavabsız suallar

Aprelin 21-də Şri-Lankada kilsə və hotellərdə törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb. Hadisədən dərhal sonra 290 nəfərin öldüyü və 500 nəfərin yaralandığı terror hücumunda ölənlərin sayı yaralılar hesabına artır.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Daha bir partlayıcı qurğu isə aprelin 22-də Kolombo şəhərində yük maşınında aşkarlanıb və zərərsizləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan 41 insanın cəsədi hələ də tanınmamış qalır. Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib. Hadisə ilə əlaqədar olaraq 24 nəfər saxlanılıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD-in təbliğat agentliyi “Amaq”ın yaydığı açıqlamada bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır. Ancaq İŞİD terror hücumunun məsuliyyətini üzərinə alsa da, bunu necə və hansı vasitə ilə törətdiyini açıqlamayıb.

Hadisədən dərhal sonra yerli hökumət rəsmiləri terror aktına görə “Milli Tövhid Camaatı” (MTC) təşkilatını ittiham etsə də, təşkilat hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin rəsmilər hələ də MTC-ni ittiham edir və bununla bağlı bir sıra səbəblər də göstərilir. Şri-Lankanın müdafiə naziri parlamentdə etdiyi çıxışında bildirib ki, əldə olunan ilkin sübutlar göstərir ki, terror “Milli Tövhid Camaatı” tərəfindən törədilib və Yeni Zelandiyada mart ayında törədilmiş terrora cavab məqsədi daşıyıb. Nazir bildirib ki, terror hücumunu törədənlər daha əvvəl Şri-Lankanı tərk edib və bir müddətdən sonra geri qayıdan şəxslərdir. Eyni zamanda o, ölkə xaricində İŞİD-ə qoşulmuş şəxslərin nəzarət altında olduğunu da qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR