Baş redaktor qətlə yetirilib?

13-05-2019, 17:15 384 dəfə baxılıb

Baş redaktor qətlə yetirilib?

"Danışır Moskva" radistansiyasının baş redaktoru Sergey Dorenko bu gün dəfn edilməyəcək.

Bunun səbəbi polisin Dorenkonun nəşinin onun həyat yoldaşına verilməsinə qoyduğu qadağadır. DİN-in Moskvanın Mərkəzi İnzibatı Dairəsi üzrə İstintaq İdarəsinin rəsmisi Baxtin tərəfindən imzalanmış əmrdə cəsədin bir daha tibbi ekspertizadan keçiriləcəyi bildirilir.

Polis bu qərarı Dorenkonun birinci nikahdan olan qızları - Kseniya və Yekaterinanın şikayəti əsasında qəbul edib. Qızları Dorenkonun zəhərləndiyini iddia edirlər.

Sergey Dorenko mayın 9-da 59 yaşında vəfat edib. Mayın 10-da isə onun qohumları arasında münaqişə yaranıb. Uşaqları onun dəfnini, arvadı isə yandırılmasını tələb edib. Uşaqlar yandırılmaının qətlin izini itirmək üçün lazım olduğunu bildirirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR