Rusiya krallığa çevrilir, Putin “ali rəhbər” olur...

30-01-2020, 14:00 238 dəfə baxılıb

Rusiya krallığa çevrilir, Putin “ali rəhbər” olur...

Prezident postunun adının dəyişdirilməsi təklif olunur, Kreml rəy bildirmir; Tofiq Abbasov: “Yeni hökumətə texnokrat deyirlər, sosial islahatlar gözlənilir...”
Rusiya prezidenti Vladimir Putin islahatlara gedəcəkmi - indi bu sual çoxlarını düşündürür. Kreml rəhbərinin qəfildən hökuməti istefaya yollaması, baş nazir Dmitri Medvedyevlə yollarını ayırması, prezidentlik səlahiyyətlərinin bir hissəsini parlamentə verməyə hazırlaşması təkcə struktur dəyişikliyi kimi qələmə verilmir, reformaların başlanğıcı kimi qiymətləndirilir.

Ölkənin ciddi iqtisadi çətinlikləri, əksər əyalətlərin kasıb və problemlər girdabında yaşaması, Çinə yaxın ərazilərdə həyat səviyyəsinin yerlərdə sürünməsi gerçəklikdir.

Nəhəng Rusiya və onun qüdrətli görünən lideri Putinin arxa fonunda işsizlik tüğyan edir, infrastruktur yenilənmir, şəhərlər müasirləşmir, ictimai nəqliyyat belə bərbaddır.

Üstəgəl, sanksiyalar, Moskvanın xarici siyasətinin ucbatından üzərinə gələn təzyiqlər ölkənin iqtisadi həyatını ağırlaşdırıb. Doğrudur, deyilə bilər ki Rusiya böyük bazardır, daxili istehsalı, potensialı var, milyonlarla miqrant bu ölkədən dolanır. Amma əhalinin vəziyyəti yaxşı deyil.

Putin kremlin ile ilgili görsel sonucu

Hökumət dəyişikliyi isə ümid yaradıb ki, yeni baş nazir MixailMişustin reformistdir, Rusiyada sosial-iqtisadi islahatlar aparılacaq.

Yeri gəlmişkən, Rusiyada konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrup ölkənin əsas qanununa 100-dən çox maddənin əlavə edilməsini təklif edib. “Kommersant” qəzetinin yazdığına görə, bunlardan biri də prezident postunun adının dəyişdirilərək “ali rəhbər” (Verxovnı ypravitel) edilməsidir.

Bundan başqa, Pravoslavlığın ölkənin əsas dini elan edilməsi, Rusiyaya II Dünya müharibəsinin “qalibi” statusunun verilməsi təklif edilir.

Prezident titulunun “Ali rəhbər” postu ilə əvəz edilməsinin təklif olunduğu barədə xəbəri jurnalistlərə işçi qrupun üzvü, Dövlət Duması dövlət quruculuğu və qanunvercilik komitəsinin sədri Pavel Kraşennikov verib.

O, habelə bildirib ki, konstitusiyada “Ali” sözünün hər yerdə baş hərflə yazılması nəzərdə tutulur. Prezidentin mətbuat katibi Dmitri Peskov isə TASS-a deyib ki, Putinin bu təşəbbüslə bağlı heç bir mövqeyi yoxdur.

“Hələlik bütün bunlar diskussiya rejimində gedir, bu yeni təşəbbüsdür. Sonra müzakirələr nəticəsində təbii ki, daxil olan təkliflərin hansının qəbul ediləcəyi, hansının qəbul edilməyəcəyi aydınlaşacaq”, - o qeyd edib.

Ekspertlərə görə, Putin bu dəyişikliklərlə özünün hakimiyyətini 2024-cü ildən də o yana uzatmaq istəyir. Həmin il Putinin son prezidentlik müddəti başa çatır.

Politoloq Tofiq Abbasovun ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyada institusional dəyişikliklər olsa da, islahatlar planı müəyyənləşməlidir. Onun fikrincə, bu islahatlar paketi iqtisadi və sosial sektorları əhatə etməlidir: “Rusiya üçün prioritet sahələr enerji sektoru və silah-sursatdır. Lakin innovativ texnologiyaların təsərrüfata gəlişi gecikir. Ona görə Putinin hansı sosial-iqtisadi prioritetləri olacağını indidən söyləmək çətindir”.

T.Abbasov Rusiyanın demaqrofik və uzaq regionlar üzrə inkişaf problemləri olduğunu düşünür: “Rusiyanın əyalətlərində, xüsusən Uzaq Şərq əhalisində narazılıq var. Ona görə mərkəzdənqaçma meyllərinə üstünlük verilir.

Məmur özbaşınalığı, çinovniklərin xalqı düşünmədən özlərinə qulluq etmələri ciddi etiraz yaradıb. Mərkəzi hökumətlə bağlı 10 il qabaq nikbin fikir var idi və bunu yerli məmurların özbaşınalığı ilə əlaqələndirirdilər. Artıq xarici sorğularla yanaşı daxili sorğular da təsdiqləyir ki, hökumət problemlərin üstünə getməlidir. İndi yeni hökumətə texnokrat deyirlər. Onlardan gözlənti var ki, iqtisadi sektorda, istehsal və istehlakda balans yaratsınlar. Bununla belə, Rusiyada mafioz qruplar fəaliyyətdədir və Putin özü də bu barədə danışıb. Odur ki, islahatlar təşəkkül tapmalıdır, iş yerləri açılmalıdır".

Ekspertin sözlərinə görə, hökumət dəyişikliyinin sanksiyalara təsiri olacağını güman etmir: “Sanksiyaları doğuran nəticə Rusiyanın aqressiv xarici siyasətidir. Gürcüstan, Moldova və Ukraynada rus izinin olmasına görə Qərb Moskvanı ittiham edir. Kremlpərəst qüvvələr də deyirlər ki, Krımı qaytarmamaq şərti ilə Donbasdan çıxmağın vaxtıdır. Bu variantın Qərblə əlaqələrin yumşalmasına xidmət edəcəyini gözləyirlər.

Amma inanmıram ki, köklü miqyasda dəyişiklik olsun. Qərb maksimal nəticə ilə kifayətlənir. Ona görə də ola bilsin ki, Putin xarici siyasətində korrektələr eləsin, lakin köklü dəyişiklik gətirəcəyinə inanmıram".

Emil SALAMOĞLU,


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR