Ermənilər Xocalı soyqırımı günü torpağımızda “seçki” təbliğatına başladı...

26-02-2020, 12:24 316 dəfə baxılıb

Ermənilər Xocalı soyqırımı günü torpağımızda  “seçki” təbliğatına başladı...

Aylar öncə xəbərdarlıq etdiyimiz bir gün də gəlib çatdı. Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim bu gün 31 marta təyin olunmuş qanunsuz “prezident” və “parlament” “seçkiləri”nin təbliğat kampaniyasına faktiki olaraq start verib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, "seçki" təbliğatının başlanması haqda Məzahir Pənahovun əvəzinə Qarabağdakı Azərbaycan vətəndaşları üçün faktiki seçki keçirmək səlahiyyəti qazanmış erməni harsını Srbuyi Arzumanyan danışıb.

Bizim unutqanlara xatırladaq ki, bu gün – 26 fevral ermənilərin keçmiş 366-cı sovet alayının köməyi ilə Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımının 28-ci ildönümü, 31 mart isə - 1918-ci ilin martında daşnak ermənilərin bolşeviklərin dəstəyi ilə Bakıdan başlatdığı və 15 sentyabradək, demək olar ki, bütün ölkəmiz boyu davam etmiş azərbaycanlıların soyqırımı günüdür...

P.S. Bəs biz nəyə başlayacağıq bu gün? 28-ci dəfə yas, ağlaşmadan, populist çıxışlardan savayı fərqli, konkret bir addım atacağıqmı?..

P.P.S. Dünən – fevralın 25-də - ermənilər qaniçən tayqulaq Andranikin doğum gününü qeyd edərkən bizim deputatlığa namizədlərin seçki təbliğatlarının son nəticələri MSK sədri Məzahir Pənahov tərəfindən Konstitusiya Məhkəməsinə, əsl əməllərimiz isə mələklər vasitəsilə Allahın Məhkəməsinə yollandı... Orada Xocalı üçün də cavab verəcəyik, inşallah...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR