Nəhəng şirkətlərdə koronavirus həyəcanı – İşçilərinə işə gəlməmək və səyahət yasağı qoydular

28-02-2020, 12:43 212 dəfə baxılıb

Nəhəng şirkətlərdə koronavirus həyəcanı – İşçilərinə işə gəlməmək və səyahət yasağı qoydular


Londonda mənzillənən üç şirkət koronavirusdan qorunma məqsədi ilə əməkdaşlarına “evdən işləməyi” tapşırıb.

BBC yazır ki, neft nəhəngi “Chevron” Londondakı ofisinin 300 əməkdaşına “bir müddət işə gəlməyin” göstərişi verib.

“Chevron” şirkəti ilə eyni binada ofisləri olan “Crossrail” və OMD media firması da əməkdaşlarının evdə qalmasını istəyib.

Bu şirkətlərin ofis kirayələdiyi Kanari Vorf mülkiyyət firması bildirib ki, sözü gedən şirkətlər aşırı ehtiyatlılıq nümayiş etdiriblər. Şirkət öz kirayəçilərini ilk növbədəİngiltərəİctimai Səhiyyəİdarəsinin tövsiyələrini rəhbər tutmağa çağırıb.

İngiltərə İctimai Səhiyyəİdarəsi isə hətta təsdiq edilmiş yoluxma olduğu hallarda da iş yerlərinin bağlanmasını tövsiyə etmir.

Yanvar ayında Çində koronavirus aşkar ediləndən bəri Britaniyada 7132 analiz aparılıb. Bu analizlər 13 nəfərdə COVID19 virusunu aşkar edib.

Bu arada enerji nəhəngi BP öz əməkdaşlarının həyati əhəmiyyəti olmayan biznes işləri üçün Çin, Honq Konq, Yaponiya, Cənubi Koreya və Sinqapura ezamiyyətlərini qadağan edib. “Goldman Sachs” investisiya bankı virusun yayıldığı ərazidən gələn işçilərinə özlərini karantin etməyi tapşırıb.

44 min pasientdən alınmış məlumatın analizinə istinad edən Dünya Səhiyyə Təşkilatı aşağıdakı informasiyanı açıqlayıb. Koronavirus yoluxmaların 81 faizində yüngül simptomlarla, 14 faizində kəskin simptomlarla və 5 faizində kririk xəstəliklə üzə çıxır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR