İdman arenaları, otellər, yataqxanalar xəstəxanaya çevriləcək: Hərbi mühəndislər qrupu iş başında...

29-03-2020, 19:06 203 dəfə baxılıb

İdman arenaları, otellər, yataqxanalar xəstəxanaya çevriləcək: Hərbi mühəndislər qrupu iş başında...

Koronavirusun geniş yayıldığı ölkələrdən olan ABŞ-da çoxlu sayda otel, yataqxana, idman arenası və bu qəbildən olan digər binaların xəstəxanaya çevrilməsi planlaşdırılır.



Moderator.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusun sürətlə yayılması xəstəxana və həkimlərə olan tələbatı kəskin şəkildə artırıb ki, bu da ictimai və dövlət obyektlərinin, eləcə də şəxsi otel və digər müəssisələrin təyinatının dəyişdirilməsi, onalrın profilinin xəstəxana profilinə uyğunlaşdırılması ilə bağlı zərurət yaradıb.



ABŞ hökumətinin qərarına əsasən hərbi mühəndislər qrupu bu obyektləri xəstəxana profilinə keçirmək üçün ciddi hazırlıq işlərinə başlayıb. Artıq xəstəxana kimi fəaliyyət göstərəcək 100-ə qədər obyektin siyahısı müəyyənləşib ki, mütəxəssislər onların arasında xəstəxana profilinə daha uyğun olanlarını seçməklə məşğuldur. Məhz bu seçimin ardınca hərbi mühəndislər qrupu sürətlə bir şəkildə bu obyektləri xəstəxana profilinə uyğunlaşdrılmasını həyata keçirəcək, bununla da xəstəxana çatışmazlığı ilə bağlı problemə qismən də olsa son qoyacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR