Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi

Bu gün, 10:38 6 dəfə baxılıb

Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi


Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR