SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib

Bu gün, 05:18 8 dəfə baxılıb

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib


İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar kompleksləri məhv edilib.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri "Nəsr-2" əməliyyatının ikinci mərhələsi çərçivəsində bölgəni düşmən radarlarından təmizləməyə davam edirlər", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu çərçivədə "Əli əs-Salim" bazası yaxınlığında yerləşən bir erkən xəbərdarlıq kompleksi sıradan çıxarılıb:

"Eləcə də Küveytin Bubiyan adasındakı digər bir radar sistemi məhv edilib".

Sonda vurğulanıb ki, ABŞ ordusunun İrana hücumları cavabsız qalmayacaq.

Xatırladaq ki, İran ordusu ABŞ-nin İsraildəki yanacaqdolduran təyyarələrinin də hədəf alınacağını istisna etməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR