Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Bu gün, 07:26 7 dəfə baxılıb

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.

Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, hazırda Mollahəsənli kəndində 523 nəfər qeydiyyatdadır və 97 təsərrüfat fəaliyyət göstərir. Kənddə yerləşən evlərin sayı isə 70-dən çoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR