ABŞ Dövlət Departamenti bəzi amerikalı diplomatların və onların ailə üzvlərinin Səudiyyə Ərəbistanını tərk etməsi barədə sərəncam verib.
Bu barədə qurumun mətbuat katibi Tommi Piqott “X” hesabında məlumat yayıb.
Piqott diplomatların bir hissəsinin Səudiyyə Ərəbistanından çıxarılması qərarını Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) hücumları ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, husilərin hava limanlarına və digər infrastruktur obyektlərinə zərbələri dinc əhali arasında itkilərə və logistika sahəsində pozuntulara səbəb olur.
Bununla belə, T.Piqott amerikalı diplomatların Fars körfəzinin bütün ölkələrindən çıxarılacağı ilə bağlı xəbərləri təkzib edib.
ABŞ-nin Ər-Riyadda yerləşən səfirliyi isə öz növbəsində raket və pilotsuz uçuş aparatları ilə son hücumlarla əlaqədar Səudiyyə Ərəbistanının hava limanlarından istifadənin riskli olduğu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, husilərin oktyabrın 22-si Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına həyata keçirdikləri son hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
loading...