Rusiya Ukraynaya qarşı növbəti həmləyə hazırlaşır?

27-05-2020, 19:02 29 dəfə baxılıb

Ukrayna ordusunun cəbhə xəttində (Donbas bölgəsi) atışmaları davam etdirməsindən dolayı narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Daha əvvəl xəbərdarlıq etdik. Bu hücumların nəticəsi hamıya bəllidir. Atışmaların daha sıx xarakter aldığını görürük. Təbii ki, bu, narahatlıq yaradır və müstəqilliyini elan edən “respublikalar"ın təmas xəttində yaşayan sakinlərinin həyatını təhlükəyə atır”, - deyə rusiyalı rəsmi bildirib.

Qeyd edək ki, qondarma Luqansk “respublikası”nın rəhbəri Leonid Paseçnik Ukrayna ordusunun hücumlara davam etməsi durumunda müvafiq addımlar atacaqlarını bildirmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR