Dəhşət: Azərbaycanlı "bal ayı"na apardığı arvadını 300 dollara satdı

19-07-2015, 10:35 1033 dəfə baxılıb

Dəhşət: Azərbaycanlı "bal ayı"na apardığı arvadını 300 dollara satdı

















Gürcüstanda azərbaycanlı ər öz arvadını fahişəliyə cəlb etdiyi üçün saxlanıb

Bu barədə "Trend"in Gürcüstan müxbiri xəbər verib.

Məlumatda deyilir ki, Nəzair Hacıyev adlı azərbaycanlı Türkiyədə 23 yaşlı xanımını bir fahişəxanaya satıb.

Cütlük Türkiyəyə bal ayı keçirmək adı ilə gəlib, ancaq əri azərbaycanlı olan xanımını bir kafedə 300 dollara satıb. Qadın iki ay sonra ona vurulan bir müştərinin köməyi ilə oradan xilas ola bilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi operativ əməliyyat departamentinin əməkdaşları Nəzair Hacıyevi saxlayıb.

Departamentin təmsilçisi Levan Gurgenidze deyib ki, qadın hazırda reabilitasiya kursu keçir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR