Azərbaycanda qadın zorlayan türkiyəli saxlanıldı

12-08-2015, 14:40 1167 dəfə baxılıb

Azərbaycanda qadın zorlayan türkiyəli saxlanıldı

















O, polis şöbəsinə təhvil verilib

Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb.

“Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş “Ford” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışa verildiyi məlum olub.

A.Akkaş polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR