Kölələr sərt cəzalandırıla bilər – Moskva qəzəbli

20-07-2020, 00:21 224 dəfə baxılıb

Belə ssenarilərdən birinin Ermənistan-Azərbaycan sərhədində reallaşması mümkündür

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi eskalasiya fonunda Ermənistan hakimiyyəti Rusiyaya qarşı açıq bir demarş etdi. Bugünlərdə Ermənistan parlamenti "Audiovizual media haqqında" qanun layihəsini ikinci və son oxunuşda qəbul etdi.

Son bir ildə baxılan qanun layihəsi Ermənistanda xarici dilli telekanalların yayımını tənzimləməyi təklif etdiyi üçün cəmiyyətdə geniş müzakirə edilirdi. Bəzi ictimai dairələr erməni yayım torunun xarici dövlətlərin təsirindən təmizlənməli olduğunu iddia edir, digərləri isə Ermənistanda rus dilində TV yayımlarını qadağan etmək istədiklərini bildirirlər.

Maraqlıdır ki, ötən il Ermənistanın Baş Naziri Nikol Paşinyan şəxsən özünün Rusiya telekanallarının ölkədə yayımının məhdudlaşdırılmasına qarşı olduğunu bildirmişdi: “Heç kim heç kəsin ifadə etmək hüququnu pozmaq fikrində deyil. Ancaq eyni zamanda, hər hansı bir televiziya şirkəti və hər hansı bir dövlət hər şeyin bir sərhədi, dərəcəsi olduğunu aydın şəkildə dərk etməlidir. Və bu sərhədlərə əməl olunmalıdır”.

Bu ilin əvvəlində düşmən ölkənin Televiziya və Radio Yayımları üzrə Milli Komissiyanın rəhbəri Tiqran Akopyan informasiya və dil təhlükəsizliyi kimi vacib faktorlara əsaslanaraq, xarici telekanalların Ermənistanın ictimai multipleksindən çıxarılmalı olduğu barədə rezonans doğuran bir çıxış etmişdi. Bu açıqlamaya dərhal hakimiyyətdən reaksiya gəldi. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd etdi ki, televiziya və radio ilə əlaqəli məsələlər Ermənistanın milli təhlükəsizliyinə heç bir təhdid yaratmır.

Yeri gəlmişkən, bu mövzu Rusiyanın Ermənistandakı səfirliyinin diqqət mərkəzində idi və onlar bu məsələ ilə əlaqədar Yerevan səlahiyyətliləri ilə danışıqlar aparırdılar. Diplomatik nümayəndəliyin mövqeyinə görə, Ermənistanda ənənəvi olaraq Rusiya telekanallarına maraq göstərən geniş rusdilli auditoriya var ki, onların da mövqeyi nəzərə alınmaya bilməz.

İndi isə biz "Mənim addımım" blokunun təşəbbüsü ilə hazırlanmış "Audiovizual media haqqında" qanun layihəsinin səs çoxluğu ilə qəbul edildiyinin şahidi olduq. Bu addımın arxasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiyada neytral mövqe tutduğuna dair Ermənistanın açıq narazılığının dayandığını güman etmək üçün xüsusi bir analitik qabiliyyətə malik olmaq vacib deyil.

Göründüyü kimi, Emənistan cəmiyyətini xarici təsirlərdən qorumalı olan bu qərara əsasən, rusdilli televiziya verilişləri “vuruldu”. Ölkə əhalisi beş xarici telekanala baxa bilirdi ki, onlardan dördü rus dilində idi. Paşinyanın komandasının fikrinə görə, bir çox ölkə sakinlərinin birmənalı olaraq, rusiyayönümlü mövqe sərgiləməsinin səbəbi intensiv şəkildə aparılan rus təbliğatıdır. Kremlin təbliğatı yerli tamaşaçılara effektiv şəkildə anti-Avropa və anti-Qərb toxumunu səpirdi.

İndi Rusiyanı erməni auditoriyasına təsir imkanından məhrum edərək, Ermənistan hakimiyyəti qərbyönlü təbliğatı gücləndirə biləcək. Ancaq burada bir sual vermək hüququmuzdan sitifaə edirik: Paşinyan mövcud vəziyyəti tam olaraq anlamırmı? Axı, bu gün o, həqiqətən də Moskvanı şantaj və ya “iqnor” etmək iqtidarında deyil. Bu qərardan sonra Kremlin öz köləsini cəzalandırmaq üçün geniş imkanları var. Məsələn, bu ssenarilərdən biri Ermənistan-Azərbaycan sərhədində reallaşa bilər...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR