ROTŞİLDLƏRİ MƏŞHUR HAKİMƏ QARŞI SUİ-QƏSDƏ SÖVQ EDƏN SİYAHI

26-07-2020, 10:25 190 dəfə baxılıb

Daha öncə haqqında neçə dəfə yazdığımı bilmirəm, yəqin ki, izləyənlər bu köşədə tez-tez yazdığımı xatırlayacaqlar. Yenə eyni şəxsdən – Cefri Epşteyndən bəhs etmək istəyirəm.
Epşteyn dünyada yaşayan bir ovuc önəmli insandan biri idi. Hesab edirəm ki, mən də bunu yetərli qədər anlada bilmədim. Hər kəslə əlaqəsi olan, hər kəsin sirlərini bilən şəxs bir gün həbs edildi. Araya böyük şirkətlər, şəxslər girdilər. Lakin buraxdıra bilmədilər. Bu, savaşın gəlib çıxdığı nöqtəni göstərirdi. Çox adam anlamadı. Və bir gün xəbər agentliklərinə “Cefri Epşteyn öldü” xəbəri düşdü. Öldüyü, yoxsa MKİ-nin etabarlı evində saxlandığı məlum deyil. Ölməmə ehtimalı ölmə ehtimalından çoxdur.
Davam edək, məsələnin ayrıntılarına girək… Məncə, “Dərin Amerika” alman “Deutsche Bank”-ı hədəfə qoyanda iyul ayının 7-si idi. Bu nöqtə inanılmaz dərəcədə önəmli idi. Ancaq yaddaşımızı təzələyərək, təkrar bank məsələsinə gəlməli olacağıq. Banka cəza kəsilməsindən bir neçə gün öncə MKİ-nin əlində olan Epşteynin qız dostu Gisleyn Maksvell də ələ keçirildi. Və Gisleyn danışmağa başladı. Alman “Deutsche Bank”-ında nələrin baş verdiyini anlatdı. Ardınca da fırtına başladı. Maksvell hər şeyi ortaya töküncə, agentliklərə xəbər yağmağa başladı: “Alman “Deutsche Bank”-ına 150 milyon dollar cəza kəsildi…”
Əsas olaraq isə azyaşlı qızların cəlb olunduğu fahişəlik şəbəkəsi yaratmaqla ittiham olunan və saxlandığı həbsxanada öldüyü açıqlanan amerikalı milyarder Cefri Epşteynin milyonlarla dollarlıq pul köçürmələrini bankın təsbit edə bilməməsi göstərildi.
“Deutsche Bank” Epşteynin sayı yüzlərlə olan milyonluq pul köçürmələrinə şərait yaratdığı üçün ittiham olunurdu. İddiaların arasında rus modellərdən oliqarxlara və tanınmış iş adamlarına qədər uznan pul hərəkəti var idi.
Yaxşı, bəs reallıqda baş verənlər nə idi? İndi ona baxaq.
“Qarşıdan gələn günlər böyük bir savaşın xəbərçisi olacaq” deyərək düşünərkən, önəmli bir hücum Londondan gəldi. Çünki ABŞ tarixi bir addım atırdı. Vaşinqton-London ortaqlığının bitdiyini və savaşın başladığını alman “Deutsche Bank”-ına cəzaların kəsilməsindən anlamışdıq. Alman “Deutsche Bank”-ına girə bilən Rotşild ailəsinin qaranlıqdakı dosyelərini əldə edə bilər. Yəni, savaş gəlib ən kritik bölgəyə çatmışdı…
Bu səbəblə, Rotşild ailəsi də çətin dövrlərdə baş vurduğu özəl bir metoda təkrar müraciət etdi. Ailə özəl bir qrupa tapşırıq verdi. 10 iyulda ingilislərin ən yüksək əməliyyat qabiliyyətinə sahib SAS (Special Air Service – Xüsusi Hava Xidməti) birliklərinin üzvü olan hərbçilər Londonun şimalında bir evdə toplandı. ABŞ-da bir sui-qəsd həyata keçirilməli idi. Hədəf Salas ailəsi idi.
Yaxşı, bəs Salas kim idi? O, Cefri Epşteyn dosyesinə baxan hakim idi. Və hadisənin arxasındakı hərəkətliliyin üstünü açmaq üçün pul hərəkətlərini izləyirdi. Ünvan onu Almaniyayadək sürükləmişdi. Ancaq tələblərinə cavab verilmirdi. İşin tələbinə uyğun olaraq qoyduğu suallara cavab ala bilmirdi. Çünki bu sualların verilməsini istəməyənlər var idi. Bu səbəblə də ABŞ-dakı “Deutsche Bank” işinin hakimi, katolik dünyasının ən təsirli hüquqçularından biri Ester Salasın evində sui-qəsd həyata keçirildi. Pərdə arxasında olan əsas məsələ isə Rotşild ailəsinin alman “Deutsche Bank”-ındakı gizli hesablar haqqındakı məlumatların FTB-yə verilməsini əngəlləməsi idi. Rotşild ailəsi həbsxanada öldüyü açıqlanan Cefri Epşteynin kimlərlə təmas etməsinin ifşa olunmasını istəmirdi. “Dərin Amerika” da geri addm atmırdı. Bu səbəblə, əməliyyat başladı.
SAS qrupunun parolu “Cəsarətli qalib gəlir” idi. SAS üzvləri Salasın oğlunu öldürdü, həyat yoldaşını da yaraladı. Həmin vaxt evdə olan Salasa isə toxunmadılar. Verilən mesaj açıq idi: ““Deutsche Bank” işini qapat!”
Rotşild ailəsi mesajı çox açıq şəkildə verirdi. Çünki “Deutsche Bank” çox önəmli idi. Təqribən 800 iş adamının çirkli pul hərəkəti “Deutsche Bank” vasitəsilə həyata keçirilirdi. Cefri Epşteynin çirkli işlərində də adı keçən bir çox iş adamı bu 800 nəfərlik siyahıda yer alırdı.
Rotşild ailəsilə işləyən hər kəs “Deutsche Bank”-da hesab açmağa məcburdur. Bu, bir qaydadır. Vaşinqton da 800 nəfərlik həmin siyahını istəyir. Əgər bu siyahını ala bilərsə, ailə üçün çöküş başlar. Onlar da bunu bilirlər.
Ancaq bu sui-qəsd göstərdi ki, Rotşild ailəsi də artıq mərmini lüləyə verib, “Silahsa, silah!” deyib. Onu da bilirik ki, Vaşinqton daha da sərtləşəcək. “Dərin Amerika”ya görə, həmin 800 çirkli iş adamı təqribən 50 ölkənin vətəndaşlarıdır. Bu şəxslər “qara siyahı”ya salınacaqlar. Bir çoxu da İnterpol vasitəsilə tutulacaq. Bu qərar verilib. Həm də aylar öncə… Koronavirus infeksiyasının yayılması ilə birlikdə, bu planın həyata keçirilməyə başladığını anladıq.
Təbii ki, London da buna qarşı addımlar atacaq. Ester Salasın ailəsi vasitəsilə çox açıq şəkildə verilən mesaj savaşın daha da dərinləşəcəyini göstərir. Sui-qəsdlərlə mesajların verilməsi davam edəcək. Daha çox önəmli olan şəxslər də hədəf olacaq. Bir anlaşma ehtimalı üçün daim dialoq qapılarının açıq saxlanması istəndi. Bunu iki tərəfdən də istəyənlər oldu. Ancaq dialoq qapısını qapatmaq istəyənlərin daha güclü olduğunu gördük. Bu da dərinliklərdəki qayğını artırır. Çünki I və II Dünya Müharibələrində belə, dialoq qapıları daim açıq idi.
Bir orta yol tapıla bilərmi? Bu, müharibələrdə həmişə ortaya çıxan bir durumdur. Bu qədər böyük təsiri olacaq sistem dəyişikliyində dialoq qapılarının qapalı olması xaosun daha da artacağının dəlilidir.
İndi hər iki tərəfin oyunçuları yeni mövqelərində öz yerlərini tuturlar. Burada hər iki tərəf üçün də iş adamları çox önəmlidir. Rotşild ailəsi iş adamlarına “təhlükəsizlik” təminatı verdi. Ancaq Rotşild ailəsinə yaxın olan iş adamları, səfirlər öldürüldü. Yəni, verilən “təhlükəsizlik” təminatı da real bir təhlükəsizlik kartı deyildir. Risk hələ çox yüksəkdir. Sahibkarlar, yəni, pulu olanlar qorxaqdırlar. Onlar da qorxurlar. Bir çoxu tətilə çıxmadı. Tətilə çıxanlar isə keçmiş hərbçilərdən ibarət olan qruplarla birlikdə getdilər. Məsələn, 5 önəmli oliqarx 200 nəfərlik keçmiş hərbçi ilə birlikdə tətildədir.
Putin belə bu durumu öyrənincə, Rusiyada gərginliyin artacağını anladı. Çünki artıq hər iki tərəfin də oyunçuları açıq hədəfdir. Bu risk hər ötən gün daha da artır. Çox adam öləcək…
Bu fırtına Türkiyədəki iş adamlarına da təsir edəcək. Çünki hər kəs öz tərəfini seçməyə məcburdur.
Çox qəribə bir zaman dilimindən keçirik. Kimsə sabahla bağlı dəqiq bir şey deyə bilməz. Çox şey olacaq. Çox təəccüblənəcəyik.
Tərcümə Strateq.az-ındırROTŞİLDLƏRİ MƏŞHUR HAKİMƏ QARŞI SUİ-QƏSDƏ SÖVQ EDƏN SİYAHI


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR