3 cəbhədə savaşan Lukaşenko: Belarus inqilab ərəfəsində? - TƏHLİL

4-08-2020, 16:14 349 dəfə baxılıb

3 cəbhədə savaşan Lukaşenko: Belarus inqilab ərəfəsində? - TƏHLİL


Aleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti seçilməkdə israrlıdır.

Lakin avqustun 9-da keçiriləcək seçki ərəfəsində həm ölkə daxilində yaranmış siyasi vəziyyət, həm də xarici təzyiqlərin artması ilə müşahidə olunan geopolitik proseslər Lukaşenko üçün bu seçkilərin heç də asan olmayacağını göstərir. Belarus prezidenti son zamanlar bir sıra taktiki gedişlər etməklə səsvermənin nəticələrini öz xeyrinə rəsmiləşdirməyə çalışdı. Lukaşenko əsas rəqiblərini həbs etdirmək, Rusiyanı “Maydan ssenarisi” ilə təhdid edib seçkilərə müdaxiləsinə mane olmaq, Vaşinqtonla diplomatik əlaqələri bərpa etmək və ABŞ-dan iki dəfə neft almaqla bütün qüvvələri neytrallaşdıracağına ümid edirdi. Ancaq seçkilər öncəsi baş verənlər heç də prezident Lukaşenkonun xeyrinə işləmir.

Doğrudur, dövlət başçısının səsvermənin nəticələrini öz xeyrinə saxtalaşdırmağa çalışacağı şübhə doğurmur. Müxalifətin getdikcə güclənməsi qutudan qalib çıxmağa çalışan Lukaşenkonu ciddi müqavimətlə üzləşdirə bilər. Belarus prezidenti Rusiyaya bağlı olan və ən yüksək reytinqə malik Viktor Babarikonu həbs etdirdiyi üçün Kremlin Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq üçün ən vacib kartı əlindən alınıb. Prezidentliyə digər namizəd, Belarus Yüksək Texnologiyalar Parkının sabiq rəhbəri Baleri Tsepkalo da Moskvaya yaxın siyasətçi hesab edilir. Lakin Mərkəzi Seçki Komissiyası onun da namizədliyini qeydə almadığı üçün seçkilərdə iştirak edə bilməyəcək. Tsepkalo həmçinin Lukaşenko, Babariko və Tixanovskaya kimi namizədlərlə müqayisədə daha yüksək reytinqə malik olmadığından Belarusda inqilabi yolla hakimiyyəti dəyişmək gücünə malik deyil. Babriko və Tsekalonun seçkidən kənarlaşdırılması müxalifətin Qərbyönlü namizəd Svetlana Tixanovskayanın ətrafında təmərküzləşməsinə səbəb olub. Bu isə prezidentlik uğrunda əsas rəqabətin Lukaşenko ilə Tixanovskayanın arasında gedəcəyindən xəbər verir. Rusiyanın “Vaqner” qrupunun 33 nəfər üzvünü Belarusa göndərməsi isə Kremlin taktikanı dəyişmək məcburiyyətində qaldığını deməyə əsas yaradır. Bu dəyişiklik seçki prosesində silahlı qarşıdurma yaratmaq, bu münaqişəni milli müstəviyə keçirmək və sonra rusların müdafiəsi altında Belarusa qoşun yeritmək planlarından ibarət ola bilər. Putin hakimiyyəti bununla Donbas münaqişəsi nəticəsində Ukrayna ilə sərhəddin 400 kilometrdən artıq açıq qalan hissəsini Belarusa qədər uzatmaq, Belarusu parçalayaraq ilhaq etmək və NATO-ya qarşı bufer zonanı genişləndirməyə nail olmaq istəyir. Amma Ukraynaya təcavüzdən sonra ağır beynəlxalq sanksiyaar altına düşən Rusiyanın Belarusda eyni ssenarini təkrarlamaq cəhdi Qərbdən daha ağır təzyiq dalğasının gəlməsinə səbəb ola bilər.

Hazırda Moskva Lukaşenkonun getdikcə ictimai dayaqlarının zəifləməsindən istifadə etməyin yollarını axtarır. Svetlana Tixanovskayanaın hakimiyyətə gəlməsi isə Qərbin ona nə qədər dəstək verməsindən asılı olacaq. Namizədlərdən heç birinin A.Lukaşenkoya seçki yolu ilə qalib gələcəyi inandırıcı görünmür. Çünki səsvermənin nəticələrinin saxtalaşdırılacağı şübhə doğurmur. Ona görə də artıq Babarikonun və Tsepkalonun dəstəyini almış S.Tixanovskaya getdikcə artan kütləvi aksiyalara daha çox ümid bağlayır. Əgər Kreml Babariko və Tsepkalonun Tixanovskaya ilə müttəfiqliyinin sona qədər davam etməsinə mane olmasa, o halda müxalifətin dinc inqilab etməyə çalışacağını söyləmək olar. İkinci amil isə qeyd edildiyi kimi, Qərbin dəstəyindən asılı olacaq. Qərb hələlik daha çox müşahidəçi mövqeyində görünür. Əgər Belarusda Tixanovskayanın liderliyi ilə kütləvi xalq hərəkatı baş verərsə, o zaman Qərb fəal müdaxilə edə bilər. Lukaşenkonun son dövrlər atdığı addımlar Qərbi qismən qane etsə də ABŞ-ın iyunun 16-da Lukaşenko hakimiyyətinə sanksiyaların müddətini bir il də uzatması münasibətlərin heç də qaydasında olmadığını göstərir.

Rusiyanın, Qərbin və müxalifətin artan təzyiqləri fonunda sə Lukaşenkonun mövqelərinin zəifləməsi müşahidə olunur. O, 25 illik prezidentliyi dövründə müxalifətin ən güclü müqaviməti ilə qarşılaşıb. Digər tərəfdən Rusiya ilə iqtisadi inteqrasiya məsələlərinə dair mübahisələr və insan haqlarının vəziyyətinə dair Qərblə davam edən fikir ayrılığı onun seçkidə qələbəsinə mane ola biləcək amillərdir.

1990-cı illərdə A. Lukaşenkonun köməkçisi işləmiş, politoloq Aleksandr Feduta Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində prezidentin üzləşdiyi belə şərh edib: “İlk növbədə, Lukaşenko üç cəbhədə müharibə aparır. O, nə edəcəyini bilmir. Gələn bazar günü seçkidə qalib gəlsə də bu döyüşlər səngiməyəcək. Lukaşenko özünün beşinci prezidentlik dönəmində bu mübarizəni davam etdirməli olacaq”.

Ona görə də “Guardian” qəzeti prezident Lukaşenkonun artıq müxalifəti və etirazçıları ordu ilə hədələməyə başladığını, hətta hakimiyyətini qorumaq üçün xalqa atəş açmaq əmri verməyə hazır olduğunu yazır.

“Bu həftə küncə sıxışdırılan Belarus prezidenti hərbi hissələrə və xüsusi təyinatlı qüvvələr briqadasına baş çəkərək, küçə etirazlarına icazə verməməli olduqlarını bildirərək vəziyyətə reaksiya göstərib. Dövlət televiziyası su şırnaqlarından istifadə etməklə nümayişçiləri dağıtmaq üçün təlimlər keçən qoşunların videogörüntüsünü yayımlayıb.

Müxalifətə açıq şəkildə bildirildi: Seçkinin nəticələrinə etiraz etməzdən əvvəl yaxşı düşünün. Ancaq qorxutma adi taktikaları o qədər də effektiv deyildi və hazırkı prezidentin yüksək seçici fəallığının olduğu kiçik şəhərələrdə belə, minlələrə insanı izdihama edən müxalifətin mitinqlərində iştirak edənlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmadı”.

“Bunlar hamısı etiraz etməmək üçün belarusları qorxutmaq üçündür. Ancaq bütün bunlar alınmır. Onları qorxutmağa nə qədər çox çalışsa, əks effekt də o qədər güclü olar. İndi hamını atəş açacağına inandırmağa çalışır. Atəş yoxdursa, deməli o zəifdir. Atışma baş verərsə, bu onun üçün siyasi ölüm deməkdir”-Feduta belə deyib.

Gələn həftə mütləq seçkilərin nəticələrinin etibarsız tanınmasını tələb edən etiraz aksiyaları baş verəcək. Vahid müxalifətin namizədi Svetlana Tixanovskaya jurnalistlərə açıqlamasında nümayişlərə çağırmayacağını, ancaq başlasa onlara qoşulacağını söyləyib.

Artıq namizəd olmaq hüququ olmayan Viktor Babariko həbsindən qabaq müsahibəsində insanların zorakılıqdan çəkinəcəyinə ümid etdiyinə baxmayaraq, ictimaiyyətin qəzəbləndiyini deyib.

Say baxımından, müxalifətin mitinqləri görünməmiş miqyas alır. İyulun 19-da Minskdə baş tutan mitinqə 10 minə yaxın adam qatılmışdı. 11 gün sonra keçirilən mitinqdə “Vesna” hüquq-müdafiə təşkilatı müşahidəçilərinin fikrincə, 63 min insan toplanıb. Bu SSRİ-nin dağılmasından bəri ən kütləvi nümayişdir.

Belarusiyadakı seçki məntəqələri ciddi nəzarət altındadır və dövlət televiziyası tərəfindən verilən vahid sorğunun nəticələri Lukaşenkonun 72,3 faiz səslə qalib gələcəyini göstərir. Müxalifət mediası tərəfindən yayımlanan başqa bir sorğunun nəticələrinə görə, səsvermənin ikinci turu keçiriləcək. Müxalifət liderləri Lukaşenkonun koronavirus pandemiyası ilə bağlı şübhəli çıxışlarından irəli gələn və artıq ölkəyə rəhbərlik edə bilmədiyi üçün bir çox insanın dəstəyini itirdiyini bildirir.

“Bu, onun üçün bir növ şəxsi xoşagəlməz hala çevrilib. O, uzun müddət güclü lider hesab olunub. İndi 65 yaşındadır və hiss olunur ki, onun təqaüdə çıxmasının vaxtı çatıb”- Tikxanovskayanın dəstək qrupunun üzvü olan Babarikonun keçmiş təşviqat qərargahının koordinatoru Maria Kolesnikova belə deyib.

Analitiklər Lukaşenkonın seçkilərdən sonra insanları sərbəst buraxacağını, lakin ictimaiyyətin diqqətini Moskvanın müdaxiləsi təhlükəsinə yönəltmək üçün həbsdə saxlayacağını söyləyir.

“Lukaşenko göstərməlidir ki, onun seçilməsinə etiraz edirlərsə, bu Rusiyanı ilhamlandırır”-deyə Feduta qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR