Erməni deputatdan Paşinyana tərs sillə: - “İlham Əliyev onun sözlərini necə ciddiyə alar?”

30-11-2020, 22:37 214 dəfə baxılıb

“Paşinyan İlham Əliyevlə danışıqlar apara bilməz”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan İnsan Hüquqlarının və İctimai Məsələlərin Müdafiəsi üzrə Milli Məclisin Daimi Komissiyasının rəhbəri, "Çiçəklənən Ermənistan” Partiyasının deputatı Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyət orqanlarının hərbi əsirlərin vətənlərinə qaytarılması məsələsilə məşğul olacağına ümid etmək mümkün deyil:

“Ermənistanda, əslində indi güc yoxdur. Yalnız bir nəfər var ki, (Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutur – müəl.) “Facebook”da bir növ "xatirə" yazır. Belə bir insanın hərbi əsirlərin problemlərilə məşğul olacağına ümid etmək cəfəngiyatdır. Dünən Paşinyan əslində bir daha əsirlərin valideynlərini şantaja məruz qoydu. Deyir hər şeyi edin ki, mən qalım, o zaman uşaqlarınızı qaytara bilərəm. Hörmətli valideynlər, bu şəxs nə qədər Baş nazir olaraq qalsa, övladlarınızın taleyi bir o qədər şübhəli qalacaq.

Dürüst olaq, oğullarınızın, əsirlərin qayıtması üçün İlham Əliyevlə danışmaq lazımdır. Bunu necə təsəvvür edirsiziz? Belə bir vəziyyətdə olan bu şəxs Əliyevlə necə danışa bilər və ya Əliyev onun sözlərini necə ciddiyə ala bilər? Əsirləri geri qaytarmaq üçün bu danışıqları aparan yeni şəxsə ehtiyacımız var. Heç olmasa uşaqlarımızı evə gətirmə şansımız olsun”, - deyə Zöhrabyan əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR