“Aldanmış erməni diasporu pullarını kimdən tələb edəcəyini bilmir” - ERMƏNİ MEDİASI

12-12-2020, 23:20 149 dəfə baxılıb

“Aldanmış erməni diasporu pullarını kimdən tələb edəcəyini bilmir” - ERMƏNİ MEDİASI

“Qraparak” qəzeti yazır: “Müharibə dövründə Hayastan Ümumerməni Fonduna pul köçürən bəzi soydaşlarımız bundan çox peşman olublar və bu gün pullarını geri tələb edirlər. Lakin pulun geri qaytarılması üçün heç bir mexanizm yoxdur. Daha gülünc olan vəziyyət odur ki, müharibə vaxtı bir çox vətənpərvər insanlar inanaraq pulu fonda deyil, ordu və müharibə ilə əlaqəli olan adamlara veriblər. Çünki onları inandırıblar ki, silah-sursatın alınması üçün bu, daha operativ addımdır. Üstəlik, bəzilərinə hətta saxta “çek” də təqdim edilib. İndi aldanmış adamlar pullarını kimdən tələb edəcəklərini bilmirlər”.

Nəşr daha sonra yazır ki, “Bu günlərdə çoxları Levon Ter-Petrosyandan narazı olan kütlənin 90-cı illərin prezident seçkiləri ərəfəsində Vazgen Manukyanı dəstəklədiyini xatırladırlar. Onun ətrafındakı siyasi qüvvələr, iş adamları, ziyalılar birləşərək seçkilərdə qələbə üçün ciddi təklif təqdim ediblər. İndi də bir çoxları Vazgen Manukyanın yaşlı olmasına baxmayaraq, ona alternativ olmadığını düşünürlər. Bu günlərdə bir çox insanlar- iş adamları, siyasətçilər, diaspor nümayəndələri onunla görüşür. Xüsusilə, keçmiş baş nazirlər Qrant Baqratyan, Xosrov Arutyunyan tərəfindən Manukyan dəstəklənir. Karen Karapetyan bu yaxınlarda onunla görüşərkən deyib ki, “baş nazir təyin olunduqdan sonra iqtisadi tənəzzüldən qurtulmaq və iqtisadiyyatı bərpa etmək üçün əlimdən gələn yardımı edəcəyəm”.

“İrates” qəzeti isə yazır ki, “Milli Təhlükəsizlik Xidməti Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəni uçuruma aparacağına inanır və bu günlərdə orada müşahidə olunan tendensiya yaxın gələcəkdə dönüş nöqtəsi ola bilər. Paşinyanın məntiqinə görə, MTX artıq bu vəziyyətə nəzarət etmədiyi üçün artıq “xalqla” deyil. İndiki halda Paşinyana tabe olan yeganə hüquq-mühafizə orqanı polisdir. Lakin burada da narazılıq artmaqdadır”.

“Joxovurd” qəzeti isə bildirir ki, “Bir neçə gün əvvəl yeni təyin olunmuş Təhsil, Elm, Mədəniyyət və İdman naziri Vəhram Dumanyan “Mənim Addımım” fraksiyasının millət vəkilləri ilə görüşüb. Əldə etdiyimiz məlumata görə nazir “Mənim addımım” fraksiyasının millət vəkillərinə işə öz planlarına uyğun başlayacağını və keçmiş nazirin davam etdirdiyi kursdan məmnun olmadığını deyib. Nazir xüsusən Arayik Arutyunyanın “Erməni ədəbiyyatı” dərsliyindən “erməni” sözünü çıxardığını və onu bərpa etməyə hazırlaşdığını qeyd edib. Ayrıca sensasiyalı təhsil meyarlarına yenidən baxacağını açıqlayıb. Dumanyanın bu sözləri fraksiyanın bəzi millət vəkilləri tərəfindən birmənalı qarşılanmasa da, nazir qətiyyətli görünüb. Nazir müavinləri Dumanyanla qısa müddət çalışmalarına baxmayaraq, artıq onun üslubundan razıdır. Arayik Arutyunyan nazir kimi bütün qərarları ehtiyatla verirdi və günlərlə nə edəcəyinə qərar verə bilmirdi. Bu da sonradan problemlərə səbəb olurdu. Ancaq Dumanyan öz qərarlarında çox qərarlıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR