“Qiymətlər qalxıb, siz isə nağıl danışırsınız” - Putin nazirlərə əsəbiləşdi

14-12-2020, 00:17 128 dəfə baxılıb

Rusiya Prezidenti Vladimir Putin ölkəsində əhalinin gəlirlərinin azlığından, işsizliyin artmasından və ərzaq məhsullarının bahalaşmasından şikayətlənib.

Putin mövcud vəziyyətlə bağlı iclas zamanı nazirləri sərt tənqid edib.

"Real əlverişli gəlir neçəyə, 3-ə düşdü? 4.3%, şəkərin qiyməti isə 71%-dən çox artıb. İnsanlar özlərini məhdudlaşdırırlar, çünki əsas qida üçün pulları yoxdur. Hara, hara baxırsınız? Bax, sual budur. Bu ki zarafat deyil".

Prezident İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun monitorinqlə bağlı dediklərinə də reaksiya verib.

"Siz dediniz ki, monitorinq aparırıq, şəkərin qiyməti isə artıq bir neçə aydır artmağa davam edir. Bu şəraitdə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü başa düşürük, davamlı olaraq bu barədə danışırıq.

İşsizliyin artdığı, gəlirlərin azaldığı, əsas məhsulların bahalaşdığı şəraitdə siz burada nağıllar danışarsınız. Nə olacağınız barədə ... Orada nə edəcəksiniz? İclaslar keçiriləcək, hə? Və ümidlərinizi antiinhisar xidmətinə bağlamısınız".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR