Anti-Putin cəbhəsi: İnqilabı kimlər edəcək? - TƏHLİL

2-02-2021, 13:42 157 dəfə baxılıb

Son günlər Rusiyanın siyasi həyatına xas olmayan siyasi hadisələr baş verir.

Rusiyada baş verən etiraz aksiyaları protest elektoratın fəallığını xeyli artırıb. Fevral ayının 2-də müxalifət lideri Aleksey Navalnının məhkəmə prosesi keçiriləcək.

Məhkəmə Navalnını həbsdə qalması barədə qərar çıxardarsa, ölkədə növbəti etirazlar baş qaldıra bilər. Ancaq aksiyalarda iştirak edənlərin hamısı Navalnının tərəfdarı olmadığı üçün siyasi qüvvələr nisbətini müəyyənləşdirmək çətindir. Çünki etirazçıların bir çoxu sosial tələblərlə mitinq və nümayişlərə qoşulub.

Navalnı ilə bağlı etirazlar isə bu prosesi baş qaldırması stimulverici hadisə olub.

Qeyd edək ki, Rusiyada bir qayda olaraq, solçu qüvvələrin siyasi mövqeyi üstünlük təşkil edib. İndi isə Qərb tərəfindən dəstəklənən liberalların fəallaşdığını görmək olar. Aksiyaların başlanmasından sonra ölkədə siyasi balansın dəyişəcəyi də istisna olunmur. Ancaq proseslər hələ spontan şəkildə baş verdiyindən sosial bazasına görə solçu, yaxud liberal qüvvələrin üstünlük təşkil etdiyini söyləmək çətindir.

Politoloq Elşən Manafovun sözlərinə görə, Rusiyada solçu qüvvələrin tərkibi yekcins deyil. Qərbin dəstəklədiyi liberalların isə hakimiyyəti dəyişmək gücü yoxdur.

"Rusiya Dövlət Dumasında iki solçu partiya var. Bunlar Gennadi Züqanovun rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyası və Mironovun liderlik etdiyi Həmrəylik Partiyasıdır. Hər iki partiyanın Rusiyada kifayət qədər seçicisi və nüfuzu var. Bu siyasi təşkilatlar hakim Vahid Rusiya Partiyasından sonra kifayət qədər elektoral bazaya və seçici səsinə malikdir. Kommunist və Həmrəylik partiyaları Navalnıya münasibətdə Vahid Rusiya Partiyası ilə eyni mövqedən çıxış edirlər. Yəni bu partiyaların rəhbərliyi bildirir ki, Navalnı Qərbin xüsusi xidmət orqanlarının nümayəndəsidir. Navalnının məqsədi Rusiyada sabitliyi pozmaq, vətəndaş qarşıdurmasına getmək və nəyin bahasına olur-olsun, Putin iqtidarını hakimiyyətdən kənarlaşdırmaqdır. Qərbdə Putin rejiminin hakimiyyətdən kənarlaşdırılması üçün müxtəlif layihələr olub. Vaxtilə Sovet İttifaqının çökdürülməsi üçün "Qorbi-1” layihəsi hazırlanıb həyata keçirildi. Dmitri Medvedyevin prezidentliyi dövründə "Qorbi-2” layihəsi hazırlanmışdı. Lakin Putinin yenidən hakimiyyətə qayıdışı ilə əlaqədar Rusiyada avtoritarizmi möhkəmləndirdi. Nəticədə, Qərbin planları pozuldu. Bu gün Co Baydenin hakimiyyət başına gəlməsi ilə əlaqədar əslində, ABŞ Rusiyanı özünün birinci düşməni elan edib. Bu mənada, Navalnının qayıdışı ilə Rusiyada çaxnaşmaların və çəkişmələrin başlanması gözlənilən idi. Amma Navalnının ciddi elektoratı yoxdur. Bir həftə ərzində baş verən hadisələr göstərdi ki, küçələrə miyonlarla insan deyil, müxtəlif şəhərlərdə 5-10 min nəfər civarında gənclər çıxdı. Bu aksiyaların baş qaldırmasında sosial problemlər də öz təsirini göstərir. İşsizlik gəncləri küçələrə çıxmağa sövq edir. Navalnının çağırışlarında sosial tələblərdən daha çox Putin iqtidarının korrupsiyaya uğraması ilə bağlı fikirlər daha çoxdur. İstər Züqanovun, istərsə də Mironovun pensiya islahatlarının aparılması, sosial müdafiəyə ehtiyacı olan əhalinin maaşlarının artırılması, gəlirlərin əldə edilməsində qütbləşmənin dərinləşməsi ilə bağlı xüsusilə, kommunistlərin irəli sürdüyü məsələlər Dövlət Dumasında həll oluna bilər. Qərbə bağlı qüvvələr isə Rusiyada sistem müxalifətini təşkil etmir. Rusiyadakı rejim avtoritar olsa da güclüdür. Əgər Putin Belarusda, yəni qonşu ölkədə Qərbin hakimiyyəti dəyişmək planlarının qarşısını ala bildisə, yaxın perspektivdə mən Rusiyada da ABŞ-ın Putini devirmək planlarının baş tutacağaına inanmıram”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR