Ruslar ayılırlar - “Erməni xalqı Amerika səfirliyində yaşamaq istəyir”

6-07-2021, 16:06 61 dəfə baxılıb

Bu yaxınlarda "Ədalətli Rusiya - Həqiqət uğrunda” partiyasının həmsədrlərindən biri, tanınmış yazıçı və ictimai xadim Zaxar Prilepin "Live Journal”-da Ermənistanla bağlı heç də ürək açmayan bir yazı paylaşıb. Beləliklə, Prilepin, Qarabağdakı 44 günlük müharibə zamanı ermənilərin Azərbaycan Ordusunun hücumunu dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinə etdiyi çoxsaylı müraciətlərinə toxunaraq, ona ermənilərin "istədikləri zaman və yerə qoşun birlikləri göndərmədiyi üçün təşəkkür” etdiyini qeyd etdi.

"Ermənistan xalqı Amerika səfirliyində yaşamaq istəyir. Nəticədə Türkiyədə yaşayacaq, ancaq onun nə isə istəməsini qadağan edə bilməzsiniz. Heç bir rus əsgərinin həyatı belə, buna sərf edilməməlidir. Hər kəs öz seçimini edir. Yaradan səxavətlidir”, - Prilepin yazdı.

Rus millətçisinin sözləri ermənilər üçün o qədər təhqiredici oldu ki, Ermənistanın Rusiyadakı səfirliyi bu məsələ ilə bağlı bir bəyanat yaymağa qərar verdi. Səfirliyin açıqlamasında "min illərdir ki, Ermənistan yalnız öz gücünə güvənərək mövcud olma hüququnu qorudu və düşmən mühiti ilə əhatə olunduğunda, bu xalqın tarixində bir çox faciəli səhifələrin olduğu” vurğulanır.

"Xalqımızın arzuladığı yeganə şey tarixi vətənlərində yaşamaqdır. Müəllifin mifik proqnozunun yaxın gələcəkdə özü üçün bir reallığa çevrilməsi də mümkün ola bilər...”, - deyə Ermənistan səfirliyinin bəyanatının mətnində deyilir.

Təəssüf ki, Ermənistan səfirliyi düşmən mühiti ilə əhatə olunduğunda, "ölkəmizin tarixindəki faciəli səhifələr” barədə konkret nümunələr gətirmədi. Heç gətirə də bilməzdi, çünki, belə nümunələr tarixdə heç vaxt olmayıb. Onların təriflədiyi "Böyük Ermənistan”ın yaradıcısı II Tiqran belə, etnik bir erməni deyildi və qısa hökmranlığının sonunda hakimiyyətini itirdi və Roma İmperiyasına vassal oldu.

Üstəlik, ermənilərin tarixi vətəninin harada olduğuna dair heç bir dəlil yoxdur. Tarix elmində qədim erməni dövlətçiliyinin tək bir dəlili yox idi və indi də yoxdur. Əgər bu "dövlət formalaşdıran millətin min illik tarixi və ənənələri varsa”, onda niyə son iki əsrdə ermənilər nökər yazıqlığı ilə Rusiyadan onları xilas etmələrini xahiş edirlər? Milli qürurları haradadır? Ancaq ermənilər arasında hansı milli qürurdan danışmaq olar?

Son iki əsrdə "cəsur” ermənilər rus əsgərlərinin arxasında gizlənməkdən başqa bir şey etmədilər. Tarixdə bununla bağlı çoxlu nümunələr var. Biz hələ müasir Ermənistan dövlətçiliyinin sırf Rusiya layihəsi olduğu faktını demirik.

Prilepinin sözləri yeni deyil. Hələ 2012-ci ildə rus jurnalist və teleaparıcısı Mixail Leontyev "Odnako” jurnalında qeyd etmişdi ki, Rusiya olmasaydı, böyük ehtimalla, Ermənistan xəritədə olmazdı. Leontyev "Ermənistan indiki formada yalnız Rusiya sayəsində meydana gəldi və onun sayəsində varlığını davam etdirir” demişdi.

Ermənistan 1920-ci ildə Sovet Rusiyasının onu dövlətçiliyin tamamilə dağılmasından xilas etdiyini xatırlamalıdır. Bu gün də belədir. Azərbaycan Ordusu əks-hücuma keçib işğal olunmuş əraziləri azad etməyə başladıqda, ermənilər açıq şəkildə Putindən müharibəni dayandırmağı xahiş etməyə başladılar.

Ötən əsrin 90-cı illərində Rusiyanın köməyi ilə Dağlıq Qarabağı və ona qonşu rayonları işğal edən Ermənistan, indi Moskvadan ölkəni xilas etməsini istəyir. Bu, Ermənistanın məhz Rusiya sayəsində varlığını davam etdirdiyinin birbaşa sübutu deyilmi?!

Rusiyanın özündə də bu vəziyyəti yaxşı bilirlər və Prilepinin yazısı bunu bir daha təsdiqləyir. Rusiyanın ictimai həyatında belə bir tendensiyanın ortaya çıxması, erməni lobbisinin aktiv fəaliyyətinə baxmayaraq, Rusiya ictimaiyyətinin Ermənistanın bir parazit kimi onların hesabına yaşadığını anlamağa başladığını göstərir. Və bu parazit ən zəruri anda ağasına dəstək verməyəcək, sadəcə kürəyindən bıçaqlayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR