Bu il hakimiyyətdən gedəcək dövlət başçıları

2-01-2016, 00:33 608 dəfə baxılıb

Bu il hakimiyyətdən gedəcək dövlət başçıları














Böyük Britaniyanın "Financial Times" qəzeti 2016-ci ildə ən aktual iqtisadi və siyasi hadisələrin proqnozlarını öz oxucuları ilə bölüşüb

Qəzetin "Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə qalacaqmı?" sualına siyasi şərhçi Rula Xalef müsbət cavab verib. Onun sözlərinə görə, Moskva və Vaşinqtonun 18 aylıq Suriya planı bu il həll olunmalıdır. Amma bu mübarizədə Bəşər Əsəd təslim olmayacaq, o, son dəqiqəyə qədər döyüşəcək.

Siyasətçi Qideon Raxmanın fikrincə, bu il Almaniyanı mürəkkəb vəziyyət gözləyir. Bu da ölkənin ötən il Yaxın Şərqdən qəbul etdiyi qaçqınlarla əlaqədardır. Bundan isə ən çox ziyan çəkən Almaniya kansleri Angela Merkel olacaq. Çünki o, Xristian-Demokratik İttifaqının (XDİ) silahdaşlarına hakimiyyəti güclü saxlamaq üçün miqrant axının qarşısını almaq üçün lazımı tədbirlər görəcəyinə söz versə də, amma bu vədi yerinə yetirmək ona çətin olacaq. XDİ-nın daxilindən gələn təhlükə nəticədə Merkelin vədlərinin əsassız olduğunu sübut edəcək.

"2015-ci il neft bazarının həmişəki mövqedə qalacağna inanan məmurlar üçün də ağır keçdi. Gələn il də neft bazarının mürəkkəb olacağı gözlənilir. Eyni zamanda, bu İranın sanksiyalardan azad olunmasına səbəb olacaq. Bu həm də, dünya karbohidrogen istehsalçıları üçün ağır keçəcək", - deyə qəzetin redaktoru Ed Kruks bildirib.

"Brend markalı neftin qiymətinin 50 dollardan aşağı olması gələn il bu bazara invetrların sayının da az olmasına səbəb olacaq. Əgər dünya iqtisadiyyatı resessiyaya düşməsə, o zaman neft əvvəlki qiymətinə qayıda bilər", - deyə redaktor əlavə edib.

"Financial Times" - Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biridir. Dünyanın 24 şəhərində çap olunur. Qəzetin baş redaktoru 2005-ci ildən Layonel Barberdir.(ansprees)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR