Çində asma körpü uçdu - Ölənlər var

7-08-2025, 05:02 45 dəfə baxılıb

Çində asma körpü uçdu - Ölənlər var


Çinin şimal-qərbindəki Sincan-Uyğur vilayətindəki asma körpü uçub.

“Qafqazinfo” “XinJang” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 24-ü yaralanıb.

Muxtar Prefekturanın Zhaosu rayonunda körpünün asma kabellərindən biri qoparaq göyərtənin əyilməsinə səbəb olub. Ümumilikdə 29 nəfər körpüdən yıxılıb.

Xəsarət alanlardan 22-si yüngül, ikisi isə ağır yaralanıb. Bütün yaralılar tibbi yardım üçün dərhal yerli xəstəxanalara çatdırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR