KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı-BƏYANAT

Bu gün, 10:17 9 dəfə baxılıb

KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı-BƏYANAT


Bişkekdə keçirilən sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında tezliklə şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bəyan edib.

Təşkilatın qəbul etdiyi yekun Bəyanatda deyilir:

“Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanma və tezliklə şərtsiz sülh müqaviləsinin bağlanması tərəfdarıyıq".

KTMT rəhbərliyi regionda davamlı sabitlik və uzunmüddətli əməkdaşlıq üçün Bakı–İrəvan danışıqlarının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR