Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı

Bu gün, 07:08 6 dəfə baxılıb

Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

“Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bildirilib ki, qərar Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar fonunda qəbul edilib.

Rusiya tərəfi hesab edir ki, bu siyasət Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa mənfi təsir göstərə bilər.

Qeyd olunub ki, səfirin Moskvaya çağırılması yaranmış vəziyyətlə bağlı məsləhətləşmələrin aparılması məqsədi daşıyır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR