Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var

Bu gün, 05:54 9 dəfə baxılıb

Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var


İyulun 1-də Qətər və Pakistan vasitəçiləri Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər.
Məlumat Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsarinin açıqlamasında yer alıb.

O, məsləhətləşmələrdə irəliləyiş əldə edildiyini qeyd edib: "Qətər və Pakistan vasitəçiləri bu gün Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər və Lüsern sammitinin nəticələrinə əsaslanaraq İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş əldə edilib".

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər: "Növbəti görüş İranın keçmiş Ali Liderinin vəfatı ilə bağlı yas mərasimləri başa çatdıqdan sonra mümkün qədər tez təyin olunacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR