Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə

Bu gün, 09:20 7 dəfə baxılıb

Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə


Televizor önündə oturub müharibədən bəhs edən bədii və sənədli filmlərə, videolu xəbərlərə baxmaq bir başqa şeydir, onun içində olmaq və ya evinin eyvanından savaş epizodların izləmək tamam başqa şey.

Birincidə həyəcan, duyğusallıq ola bilər, amma ikincidə bu hisslərə faciə sarsıntısı, böyüzm olacaq qədər qorxu yaşamaq, çarəsizlik duyğusu, aşırı nifrət də əlavə olunur.

Bu şəkil Odessada çəkilib. Göründüyü kimi, bir mülki, bir az da qapalı məhəllədir, ortasına bomba düşüb: binalar dağılıb, doqquz avtomobil yanıb gülə dönüb, ortalıq “Armageddon” filmindən tanış olan mənzərə yaranıb.

Amma bu, film çəkilişi üçün quraşdırılmış səhnə deyil, gerçəkvə dəhşətli mənzərədir. Bu qədər dağıntı varsa, demək, insan tələfatı da var. Söz yox, yanmış maşınların içində adam olmayıb, amma onlar həmin vaxt evlərində olublar və ölüm daşıyan raket onları bir anın içində yaxalayıb.

Ukrayna müharibəsinin davam etdiyi 4 il 6 ayda Odessa son bir aydakı qədər hücuma məruz qalmamışdı. Rusiya bu şəhərə ara-sıra raket atsa da, onu əsasən diricə, dağıntısız götürmək istəyirdi. Amma bu niyyət baş tutmadığı üçün artıq Odessa da Nikolayevə, Buçaya döndərilməkdədir.
Rusiyanın öz “qardaş ölkəsi”nə qarşı apardığı müharibə artıq “qaydasız savaş” səciyyəsi alıb. Bombardmanda mülki obyektlər, dinc insanlar zərər çəkəcək, çəkməyəcək, tərəflərin vecinə deyil. Məqsəd düşmənə daha ağır zərbələr vurmaq, onu kapitulyasiyaya məcbur etməkdir.

Göz önündə hərbi cinayətlər törədilir. Haaqa məhkəməsinin “qara cağ”ı, şüşə qəfəsi gələcək müttəhimlərin yolunu gözləyir. Ora getməməyin yolu müharibəni qələbə ilə bitirməkdən keçir. Uzun zamanlardan bəri belə bir daşlaşmış qənaət var ki, qalibləri mühakimə etmirlər.

Bu fikirdə həqiqət olmamış deyil. 1945-ci ildə müttəfiqlər yox, Hitler qalib gəlsəydi, onca müdhiş hərbi cinayətlər törətməsinə baxmayaraq, nasistlər mühakimə olunmayacaqdılar, əksinə, onlar özünü müdafiə edən ölkələrin generallarını mühakimə edəcəkdilər.

Ona görə də Rusiya rəhbərliyi müharibəni sona qədər davam etdirəcək – dayanmağa məcbur olanadək.

Ona qədər isə biz bu cür gerçək, ətürpədici mənzərələri çox görəcəyik.musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR