Macarıstanda korrupsiya təmizliyi başladı: Orbanın iki naziri həbs olundu

Bu gün, 07:22 12 dəfə baxılıb

Macarıstanda korrupsiya təmizliyi başladı: Orbanın iki naziri həbs olundu


Viktor Orbanın hökumətinə daxil olan iki keçmiş macar nazir həbs olunub.

Onlar Budapeştdə dövlətə milyonlarla avro ziyan vuran korrupsiya cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıblar. Keçmiş mədəniyyət və innovasiya naziri Balaz Hanko və keçmiş milli inkişaf naziri Mikloş Sestak hüquq-mühafizə orqanlarına çağırılaraq həbs ediliblər.

Baş nazir Peter Madyar X hesabında məlumatı təsdiqləyib: "İki keçmiş nazir hakimiyyət orqanlarının əlinə keçib - bu, “Təmizlik” Əməliyyatının ilk ciddi gününün nəticəsidir".

Qeyd edək ki, bu əməliyyatı iyun ayında elan edilib. O vaxtdan bəri Macarıstan dövlət satınalmaları və büdcə xərcləri ilə bağlı bir neçə böyük iş araşdırılır. Bunlardan biri Hankonun nəzarət etdiyi Milli Mədəniyyət Fondundan qrantların ayrılması ilə bağlıdır. Başqa bir iş dövlətə məxsus Volan şirkəti üçün avtobusların alınması zamanı vəzifəli şəxslərə rüşvət vermək şübhəsi ilə açılıb və Sestak əsas şübhəlidir. Hər iki sabiq nazir ittihamları rədd edib və gizlədəcək heç bir şeylərinin olmadığını bildiriblər.

Keçmiş nazirlər müxalifət partiyalarından parlament üzvləridir: Hanko Fidesz-Macarıstan Vətəndaş Birliyini, Sestak isə Xristian Demokratları təmsil edir. Xüsusi çağırılmış iclasda parlament prokurorluğun tələbi ilə onların toxunulmazlığını ləğv edərək cinayət ittihamları ilə həbs olunmasına icazə verib.

Sestak toxunulmazlıqdan məhrum edildikdən dərhal sonra səhər prokurorluğuna gedib və onun orada saxlanıldığı bildirilir. Hanko axşam saatlarına qədər polisin girişinin qadağan olunduğu və həyat yoldaşı ilə dörd uşağının gəldiyi parlament binasında qalıb. Madyar qeyd edib ki, keçmiş nazir ədalət mühakiməsindən yayınmağa çalışır, Parlament sədri Aqnes Forstxoffer ondan binanı tərk etməsini tələb edib.

Həmin axşam keçmiş nazir Milli Vergi və Gömrük İdarəsindən çağırış alıb. Ailəsi ilə vidalaşdıqdan sonra o, Fidesz fraksiyasındakı əməkdaşları ilə birlikdə müstəntiqlərlə görüşməyə gedib. Vəkili keçmiş nazirin saxlanıldığını təsdiqləyib. Onun keçmiş müavini Veronika Varqa-Bajus da həbs edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR