Üç ölkə yeni zərbələrə hazırlaşır – Rusiya hücum planının

28-08-2018, 17:08 424 dəfə baxılıb

Üç ölkə yeni zərbələrə hazırlaşır – Rusiya hücum planının



Aralıq dənizinə Amerikanın “Ross” esminesi daxil olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, esmines Suriyanın istənilən nöqtəsini vura biləcək 28 “Tomaqavk” raketi ilə təchiz edilib.

Onun sözlərinə görə, bu, ABŞ-ın hökumət gücləri tərəfindən İdlib vilayətində kimyəvi silahın tətbiqi üzrə səhnələşmədən istifadə etmək niyyətini təsdiq edir. Konaşenkov qeyd edib ki, səhnələşdirmə Britaniyanın xüsusi xidmət orqanlarının aktiv iştirakı ilə hazırlanır.

Daha əvvəl Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin “Sallivans” esminesi 56 qanadlı raketi ilə Fars körfəzinə girib. “Sallivans” Qətərin “El-Udeyd” təyyarə bazasında ABŞ-ın Hərbi Hava Qüvvələrinin 24 qanadlı raketlə təchiz edilən “V-1V” strateji bombardmançısı ilə əvəzlənib.

Hərbi müəssisənin məlumatına görə, göstərilən hərbi texnika kimyəvi silahla provokasiyada iştirak üçün regiona gəlib. Bildirilir ki, kimyəvi silahla bağlı provakasiya ABŞ, Böyük Britaniya və Fransanın Suriya ordusunun hərbi obyektlərinə zərbələrin vurulması üçün səbəb olacaq.

Qeyd edək ki, ötən həftəsonu dörd mənbəyə istinadən “Blomberg” agentliyinin verdiyi məlumata görə, Dəməşq kimyəvi silah tətbiq edəcəyi halda, Vaşinqton Suriyanın hökumət güclərinə yeni və daha güclü zərbəni vurmağa hazırdır. Mənbələrin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton belə bəyanatı Cenevrədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşün gedişatında səsləndirib. Agentliyin mənbələrinin sözlərinə görə, Amerika hakimiyyəti iddia edir ki, onlarda Suriya ordusunun ərazilərin azad edilməsi zamanı kimyəvi silah tətbiq etdiyinə dair informasiyalar var.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-də Suriya ordusunun obyektlərinə raket zərbələri endirib. Vaşinqton, London və Paris Dəməşqi Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR