“RUS AYISI İSRAİLİ TƏHDİD ETMƏK ÜÇÜN YAXIN ŞƏRQƏ DÖNÜB” –Yəhudi nəşri "Haaretz"dən Putinə sərt sözlər

27-09-2018, 15:09 381 dəfə baxılıb

“RUS AYISI İSRAİLİ TƏHDİD ETMƏK ÜÇÜN YAXIN ŞƏRQƏ DÖNÜB” –Yəhudi nəşri "Haaretz"dən Putinə sərt sözlər


Mor Altşuler

“Haaretz”



“Hətta hədiyyə verdikləri zaman yunanlardan qorxuram!” Laokun Troya xalqını yunanların məkrindən bu sözlərlə xəbərdar edib. Ancaq troyalılar xəbərdarlıqlara məhəl qoymayıb və düşmənin nəhəng taxta atını şəhərə gətiriblər. Gecə yunan əsgərləri atın qarnından çıxıb və Troyanı fəth edib (Virgili, “Eneid”, 2-ci kitab).

Laokun xəbərdarlığı – xeyir verərkən belə, düşmənə etibarın şübhəli olması simvolu olub.

Hər dəfə İsrail baş naziri Kremldə təmtəraqla qəbul olunduqda, bu yadıma düşür.

Prezident Vladimir Putin Benyamin Netanyahuya xeyli iltifat göstərib, İsrail hökuməti İsrail və Rusiya orduları arasında əlaqələndirmə missiyasını yerinə yetirib. Ancaq Rusiyanın casus təyyarəsi suriyalılar tərəfindən vurulduqdan sonra harmoniya və ümumi maraqlar görünüşü pozulub.

Bu, ruh axtarışı tələb edir; üstəlik, Yom Kippur müharibəsi ilə “Rus ayısı”nın Yaxın Şərqdən qovulmasından 45 il sonra İsraili təhdid etmək üçün qayıdışının dərkini.

İndi, o zamanlar olduğu kimi, Rusiya müttəfiq deyil və ruslar həll yox, problemdir. Suriyada ev sahibi olduqlarından, İran ordusu, Suriya və “Hizbullah” müstəsna olaraq yalnız onun dəstəyi ilə güclənə bilər.



Beləliklə, təhlükəsizlik koordinasiyasını davam etdirmək üçün İsrail Hava Qüvvələri komandanının Moskvaya səfəri sıradan bir gəzintiyə dönüb və bəlkə də bu tələsiklik İsrailin lənətlənməsi, Şər oxunun Suriya və Livanda hərbi varlığını gücləndirməsi və səmanın İsrail təyyarələri üçün bloklanmasına yarayıb.

Qərbi Suriyadakı vəziyyət narahatlıq doğurur. Ruslar Aralıq dənizi sahilində, Tartusda böyük hərbi baza qurublar; üç il ərzində Rusiya donanması İsrailin təbii qaz qurğularına daha çox yaxınlaşıb və bu, real təhlükəyə çevrilə bilər.

Üstəlik, Şərqi Aralıq dənizi hövzəsində Rusiya nəzarəti yalnız təbii qaz istehsalını deyil, həm də onun marketinqini təhdid edə, İsrail sahillərindən Kipr və Yunanıstana, sonda İtaliyaya qaz nəqli üçün sualtı boru xətti çəkmə planını Putinin girovuna çevrilə bilər.

Varlığı inkar edilən Rusiya-İran oxu da Şərqdə irəliləyir. Ruslar və iranlılar, bu gün İraqda Kərkükdən Livanın Tripoli limanına qədər yüzlərlə kilometrlik neft xəttinin böyük hissəsinə – T xəttinə nəzarət edirlər.

1930-cu illərdə əsası qoyulan və Hayfaya (H xəttinə) çatan boru kəməri neçə onillik əvvəl işini dayandırıb. Ancaq bu günə qədər həmin yol Suriyaya və Livana silah və döyüşçü gətirmək üçün iranlılar tərəfindən istifadə olunur.

Başlıca məsələ Putinin bu marşrutdan yararlanaraq İraq və Suriya vasitəsilə, İrandan Tartus limanına neft gətirmək niyyəti və onu Avropada anonim neft kimi satmasıdır. Rusiya və İranın T xəttindəki ərazi nəzarəti ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqodan yayınma üsuludur.

T xəttinin Rusiya və İranın nəzarətində olan uçucu potensialı təkcə İsrail üçün təhlükə deyil. Bu, ABŞ və bütün müttəfiqləri narahat edir.

Cəbhə xəttində mübarizə aparan ölkə kimi, İsrail öz strategiyasını dəyişməlidir: Rusiyaya qarşı “hörmət və şübhə” siyasəti qurmalı və Tramp administrasiyasını qış yuxusundan oyatmalıdır.

Sualdan yayınmaq olmaz: tərəfdarımız olan bütün oyunçular təmiz əllə oynayırlarmı?

Şübhəsiz ki, tezliklə Barak Obamanı Trampla müqayisədə, toya getməli hesab edəcəyəm.



Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR