SOCAR vitse-prezidentinin fermasında qul kimi işləyənlər..

5-10-2018, 07:21 357 dəfə baxılıb

SOCAR  vitse-prezidentinin fermasında qul kimi işləyənlər..


İnquşetiya ərazisinin bir hissəsinin Çeçenistana verilməsi inquşlar arasında ciddi narazılığa səbəb olub. Artıq bir neçə gündür ki, sözügedən ölkədə etiraz aksiyaları keçirilir ki, bu da Şimali Qafqazda gərginlik ehtimalını artırır. Proseslərin bu şəkilkdə inkişaf edəcəyi təqdirdə olaylrın inquş-çeçen qarşıdurmasına çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir.

İnquşetiya torpaqlarının bir hissəsini Çeçenistana verməklə inquşlarla çeçenlər arasında qarşıdurma yaratmaq Kremlin məqsədli siyasəti ola bilərmi? Mümkündürmü ki, Rusiya onun üçün hər zaman başağrısı olan bu iki respublikanı üz-üzə qoymaqla onları, eləcə də Şimali Qafqaz regionun özündən daha çox asılı vəziyyətə salmaq, onların idarə ediməsini bu yola asanlaşdırmağa çalışsın?

Moderator.az -a açıqlama verən politoloq İlqar Vəlizadə bu barədə qəti fikir yürütməyin çətin olduğunu qeyd etdi:

“Inquşlar başı bəlalı xalqdır. Onlar istər milli adət-ənənə, istərsə də tarixi kök baxımınan bizə yaxın olan xalqdır. Inquşlar Rusiyanın tabeliyinə keçəndən sonra onlar üçün çoxlu problemlər yarandı. Inquşetiya vaxtiylə qonşu Osetiya ilə də müəyyən problemlər yaşayıb. O zaman İnquşetiyanın bir hissəsi Osetiyaya verilmişdi. Inquşetiya Çeçenistana birləşdirilmiş, çeçen-inquş respublikası yaradılmışdı. 90-cı illərin əvvəlində isə İnquşetiya Rusiya tərkibində bir muxtariyyət qurdu. O zaman İnquşetiya ilə Çeçenistan arasında ərazi məsələsi var idi. Ola bilsin ki, 90-cı illərin tamamlanmayan proseslər indi özünü büruzə verir.
Son illər Çeçenistan öz mövqelərini möhkəmləndirib, Ramzan Kadırovun regionda nüfuzu artıb. Ola bilsin ki, indiki situasiyada Çeçenistan bu əsələsni öz xeyrinə həll etməyə cəhd edir.

Bütün hallarda baş verənlər arzuedilən deyil vəbu, çox güman ki, Şimali Qafqazda digər ərazi problemlərini də üzə çıxardacaq.

Bu siyasətin indiki halda Rusiyaya hər hansı divident gətirməsi mümkün deyil. Anvcaq bu da ola bilər ki, Rusiyadakı müəyyən dairələr bəzi taktiki məsələlərin həlli üçün belə bir addıma əl atsın. Hər halda bu ehtimal da tam olaraq istisna edilə bilməz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR