“İrəvanlılar Qarabağ ermənilərinə hər zaman “yuxarıdan aşağı” baxıb, səbəb...”

8-08-2018, 15:51 555 dəfə baxılıb

“İrəvanlılar Qarabağ ermənilərinə hər zaman “yuxarıdan aşağı” baxıb, səbəb...”


Son bir həftə ərzində Ermənistanda bir sıra sabiq məmurlara qarşı irəli sürülən rəsmi ittihamlar bu ölkədə həbs dalğasının genişlənmə ehtimalının kifayət qədər böyük olduğundan xəbər verir. Bəs bu həbslərin mahiyyətində duran əsas səbəblər nə ilə bağlıdır? İrəvan və Qarabağ erməniləri arasında yaşanan siyasi-psixoloji savaşı hansı faktorlar tətikləyir?

Moderator.az-a açıqlama verən politoloq Rasim Ağayev ermənilər arasındakı milli ziddiyyətin kifayət qədər kəskin olduğunu qeyd etdi:

“Bu gün Ermənistanda baş verən proseslərin kökü kifayət qədər dərindir. Burada söhbət Ermənistan-Qarabağ münasibətlərindən gedir. Məsələ burasındadır ki, İrəvan erməniləri Qarabağ ermənilərinə həmişə “yuxarıdan aşağı” baxıb. Hətta Qarabağ ermənilərinə “dönmə ermənilər” kimi ad da tapmışdılar. Qarabağla bağlı olaylar başlayanda ermənilər məsələni Qarabağı ələ keçirmək deyil, bütövlükdə SSRİ-dən çıxmaq şəklində qoyurdular. Moskva da bundan istifadə edib Qarabağ ermənilərinin iradlarını dəstəkləməyə başladı.

Qarabağın ələ keçirilməsi uğrundakı mübarizədə Qarabağ erməniləri Ermənistanda aparıcı qüvvəyə çevrildilər. Bu isə digər siyasi qüvvələri qıcıqlandırmağa başladı. Faktiki olaraq qarabağlılar Ermənistanda hökmranlıq edirlər. Onlar hakimiyyəti əllərinə alıblar. Bu, ciddi milli ziddiyyət kimi özünü göstərməkdədir və bu problemin həlli Qarabağ probleminin həlli ilə bağlı olan bir məsələdir. Odur ki, ermənilər Qarabağ probleminin həlli ciddi yanaşmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR