“Putindən xahiş etmək olar ki, Ermənistan Rusiyanın vilayəti olsun”

29-11-2018, 17:53 407 dəfə baxılıb

“Putindən xahiş etmək olar ki, Ermənistan Rusiyanın vilayəti olsun”


Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə münasibətlərini dərinləşdirməlidir. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu “Biz” blokunun seçkiqabağı siyahısına rəhbərlik edən “Respublika” partiyasının başçısı, Ermənistanın keçmiş baş naziri Aram sarkisyan noyabrın 28-də Gümrüdə seçkiöncəsi təşviqat çərçivəsində deyib.

Qeyd edək ki, Aram Sarkisyan 1999-cu ilin oktyabr ayında parlamentin binasında güllələnmiş baş nazir Vazgen Sarkisyanın kiçik qardaşıdır.

“Biz xarici siyasi münasibətlərimizi diversifikasiya etməli, NATO ilə əməkdaşlığı dərinləşdirməliyik. Azərbaycanın pilotsuz uçuş aparatlarını vurmaq üçün yalnız NATO ölkələrində olan biliklərə yiyələnmək lazımdır”, - o bildirib.

Aram Sarkisyan əlavə edib ki, Ermənistan əvvəlki xarici siyasət kursunu davam etdirərsə, Putinə məktub yazıb Ermənistanı Rusiyanın vilayətlərindən birinə çevirməyi xahiş etmək olar.

Xatırladaq ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR