Qətərdən nümunəvi addım: 55 min ailəyə 150 milyon dollar...

12-03-2019, 10:07 348 dəfə baxılıb

Qətərdən nümunəvi addım: 55 min ailəyə 150 milyon dollar...

Qətər Qəzza zolağında yaşayan insanlara humanitar yardım göndərib.

Hhumanitar yardım çərçivəsində 55 min ailəyə nəğd pul verilib.

Yüzlərlə fələstinli Qətərdən göndərilən yardımı əldə etmək üçün Qəzza şəhərində fəaliyyət göstərən bankların önünə toplaşıb.

Qeyd edək ki, Qətər ötən il blokada şəraitində qalan Qəzza zolağında yaşayanlara 150 milyon dollarlıq təcili humanitar yardım göndəriləcəyini açıqlamışdı. Sözügedən qərar çərçivəsində 3 dəfə nəğd pulla ehtiyacı olanlara yardım edilib.

Bundan başqa, Qətər Qəzzada humanitar layihələrdə istifadə olunması üçün Birləşmiş Millətlər Təşkilatına 20 milyon yardım göndərib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR